Rəsul Cəfərovun məhkəməsi keçirilib

Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun məhkəmə prosesi davam etdirildi. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçən prosesdə sonuncu şahid Rəşad Şirinov xaricdə olduğuna görə onun istintaqdakı ifadəsi elan olundu. Rəsul Cəfərovun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatət təmin olunmadı. Rəsul Cəfərovun məhkəməsi aprelin 9-da saat 10:30-da davam etdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar