Sabiq prezidentin oğlu həbs olundu

Moldovanın keçmiş prezidenti Pyotr Luçinskinin oğlu Serciu Luçinski Rumıniyada həbs olunub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Buxarestdə həbs olunan prezident oğlu Rumıniyanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən hədə-qorxu yolu ilə pul tələb etmə və şantajda şübhəli bilinir.

Rumıniya hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatda Serciu Luçinskinin evində də axtarış aparıldığı bildirilir. Onun rumıniyalı iş adamından hədə-qorxu yolu ilə 4 milyon avro tələb etdiyi məlum olub.

Pyotr Luçinski 1997-2001-ci illərdə Moldova prezidenti olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar