Ədliyyə binasına basqın: Prokuror girov götürüldü

Türkiyədə fəaliyyət göstərən silahlı terror təşkilatı İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) Berkin Elvan cinayətini araşdıran prokuroru girov götürdüyünü açıqlayıb.

AzPolitika.info-nun məlumatına görə, terror təşkilatının saytında "İnqilabçı Xalq Azadlıq Döyüşçüləri hazırda Berkin Elvan istintaqını araşdıran prokuroru girov götürüblər. Tələb olunan şərtlər yerinə yetirilmədiyi təqdirdə prokuroru ölümlə cəzalandıracaqlar" açıqlaması yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xatırladaq ki, Berkin Elvan adlı gənc Türkiyədə ötən il "Gəzi Etirazları"nda başından güllə yarası almışdı. Berkin Elvan, 269 gün davam edən koma həyatından sonra 11 Mart 2014-cü ildə həyatını itirmişdi.

Terrorçular şərtlərini açıqlayıb:

Berkin Əlvanı öldürən polislərin canlı yayına çıxarılaraq cinayəti etiraf etmələri,

- Həmin polislərin "xalq məhkəməsi"ndə mühakimə olunması,

- Berkin Əlvanla bağlı keçirilən etiraz aksiyalarında saxlanılan, barəsində cinayət işi açılan bütün şəxslərin üzərindən ittihamın götürülməsi, işdən çıxarılanların bərpası,

- Aksiyanı həyata keçirənlərin Ədliyyə Sarayından sərbəst çıxmalarına şərait yaradılması....

- Bərkin Əlvanın cinayət işi ilə bağlı işçi qrupunun yaradılması

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar