QƏRB RUSİYANIN NÜVƏ TƏHDİDİNƏ SARSIDICI CAVAB HAZIRLAYIR – “Kreml, heç nə ilə cavab verə bilməyəcək”

“Kiçik nüvə müharibəsi zəfəri”

Rusiyanın Danimarkadakı səfiri Mixail Vanin bu ölkəni nüvə zərbəsi ilə hədələyir, teleaparıcı Dmitri Kiselyov Rusiyanın ABŞ-ı nüvə külünə çevirə biləcəyini söyləyir, Moskva radiostansiyalarından birinin dinləyicilərinin 62 %-i Krımın müdafiəsi üçün nüvə silahından istifadənın mümkünlüyünü önə çəkir, nəhayət, prezident Vladimir Putin isə deyir ki, Krımın ilhaqına mane törədiləcəyi halında onlar nüvə silahlarını döyüş vəziyyətinə gətirməyə hazır olublar. Bu gün Rusiyada dövlət başçısından tutmuş, taksi sürücüsünə qədər, hamı nüvə silahından istifadə etməyin mümkünlüyü haqqında çox asanlıqla danışırlar. Belə yanaşma isə zarafat edilməyəcək qədər qorxuludur. Hal-hazırda dövlət təbliğatının təsiri altındakı rus cəmiyyətinin aqressiv və eyni zamanda da infantil xüsusiyyətə malik əlamətləri bütün təzahürləri ilə üzə çıxır.

Ştatlı muzdlu təbliğatçılar tərəfindən yaradılmış ”Rusiya qalası” düşmənsiz yaşaya bilməz. Rusiya rəsmi şəxslərinin məntiqinə görə, əsas düşmən Amerikadır və onunla yalnız nüvə bombasından istifadə hədəsi ilə danışmaq lazımdır. Rusiya məmurları, Dövlət Dumasının deputatları və hakimiyyətə yaxın hərbi ekspertlər son illər strateji deyil, ancaq taktiki nüvə silahından istifadə etmək (yəni kiçik nüvə müharibəsi) barəsində daha tez-tez söhbət açırlar. Bu cür düşüncələr Rusiya vətəndaşlarının ağlında dərin kök salmağa başlayıb. Çox qəribədir ki, əhalinin əhəmiyyətli dərəcədə böyük bir hissəsi belə bir addımın atılmasının hansı nəticələrə gətirb çıxaracağı barəsində hətta düşünmür. Məsələn, internet forumlarının birinin iştirakçısı belə bir söz yazıb: ”Klaypedaya cəmi bircə ədəd nüvə bombası bəsdir ki, NATO səsini kəssin! Bundan ötrü onlar dünya müharibəsinə başlamayacaqlar ki?”

NATO-nun əsasını təşkil edən beşinci maddə barəsində sıravi rusiyalıların məlumatsızlıqları bağışlanılandır. Lakin bu sözləri qətiyyən diplomatlar və siyasətçilərə aid etmək olmaz. Həmin maddəyə görə alyansın bir üzvünə edilən hücum, onun bütün üzvlərinə qarşı hücum edilməsi anlamına gəlir. Rusiyanın Danimarkadakı səfiri Mixail Vanin, “Jyllands –Posten”qəzetinə verdiyi müsahibəsində bildirir ki, Danimarkanın raket əleyhinə müdafiə elementlərini öz ərazisində yerləşdirməsi onu Rusiya nüvə raketlərinin hədəfinə çevirəcək. Ancaq belə ifadələr işlədən səfir başa düşməli idi ki, onun bu sözləri nəinki Kopenhagendə, həmçinin Vaşinqtonda da ciddi reaksiya doğurur. Ona veriləcək cavab isə gecikmədi. ABŞ-ın Danimarkadakı səfiri “Twitter” səhifəsində yazıb ki, Amerika öz müttəfiqi Danimarkanı hər hansı şərtlər daxilində heç zaman yalnız buraxmayaq. NATO-nun qərargahından gələn sərt tənqidi fikirlər də özünü çox gözlətməyib.

Rusiyanın sakit tərzdə məhdud nüvə müharibəsi barəsində söhbətlər salmasını xarici dövlətlər xeyli təəccüblə qarşılayırlar. Dünyanı məşhərın tam kənarına qədər gətirən 1962-ci ildəki Karib böhranı zamanından bu yana, dövlətlərarası münasibətlərdə yazılmamış qaydalar mövcuddur. Həmin qaydaya görə, nüvə silahından istifadə olunacağı barəsindəki mövzu, regional münaqişlərdə və ərazı mübahisələrinin həlli məsələlərində kimlərəsə hədə-qorxu gəlmək üçün əsas ola bilməz. Prezident Putinin Krıma olan iddialarının arxasında durmaqdan ötrü nüvə silahını işə qoşmağa hazır olduğı barəsindəki sözləri qeyri-rəsmi anlaşmanın pozulmasıdır.

Danimarkadakı Rusiya səfiri Vaninin müsahibəsi yetmişinci illərin sonu - səksəninci illərin əvvəllərində SSRİ və ABŞ-ın bölünmüş Almaniyanın hər iki hissəsində orta mənzilli ballistik raketlərin yerləşdirilməsi ilə bir-birlərinə qarşı hədə-qorxu gəlmələrini xatırladır. Lakin o zaman söhbət həqiqətən də prinsipial baxımdan iki müxtəlif ictimai sistemin qarşıdurmasından gedirdi. Bu gün belə bir qarşıdurma üçün elə də ciddi baza yoxdur. Son illərdə Kremlin yarı rəsmi ideologiyasına çevrilən “Xüsusi rus sivilizasiyası” və ”Rus dünyası” kimi mövzular ciddiyə alınmayacaq ki?... Əslində isə nüvə gücünün tez-tez yada salınması, Rusiya hakim sinfinin özünə olan siyasi inamsızlığının əlamətidir. Bu isə onları, öz resurslarını və imkanlarını yaxşı bilən Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosundan köklü sürətdə fərqləndirir. Kommunist liderlər SSRİ-nin milli maraqları haqqında aydın təsəvvürə malik idilər. Elə ona görə də Qərb liderləri Sovet İttifaqının rəhbərliyinə, ölkənin dağılmasına qədər ciddi münasibətlə yanaşırdılar.

Bu gün rəsmi Moskvanın çox asanlıqla nüvə şantajına baş vurması bütün dünyada Rusiyaya qarşı daha böyük inamsızlığın artmasına yol açacaq. Onun ardınca isə Qərb ölkələri tərəfindən, Kremlin sadəcə olaraq, heç nə ilə cavab verə bilməyəcəyi siyasi, iqtisadi və hərbi sahələrdə müdafiə tədbirlərinə əl atılacaq.

(“Deutsche Welle”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar