İraq ordusu 40 İŞİD-çini məhv etdi

Tikritin mərkəzində əməliyyatda İraq ordusu da itki verib

İraq ordusu Tikrit şəhərinin mərkəzində apardığı əməliyyatlardan sonra Əyalət Şurasının binasını tutub. Binaya dövlət bayrağı sancılıb. Anspress-in məlumatına görə, son əməliyyat nəticəsində İŞİD-in 40 əcnəbi döyüşçüsü məhv edilib ki, onların da hamısı digər ərəb ölkələrinin vətəndaşlarıdır.

Bu əməliyyat İraq ordusu üçün də itkisiz ötüşməyib. Tikritdə İŞİD-in əsas mövqelərindən olan xəstəxana yaxınlığında dörd partlayıcı qurğunun işə düşməsi nəticəsində 9 hərbçi həlak olub, 3-ü yaralanıb. Ordu qüvvələri xəstəxana binasını tutub.

Hazırda Tikritin mərkəzində hərbi əməliyyatların davam etdiyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar