Prosineçki millimizin əsas problemini açıqladı

Baş məşqçi Xorvatiya mətbuatına müsahibə verib

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına verdiyi müsahibədə Malta üzərində qazanılan qələbə haqda danışıb. Anspress-in məlumatına görə, xorvatiyalı mütəxəssis yetirmələrini psixoloji cəhətdən hazırlamağın çətin olduğunu söyləyib.

Prosineçki komandasının ilk yarıda sərgilədiyi futboldan məmnun qaldığını dilə gətirib: "Oyundan razı qaldım. Birnci hissəyə baxın! Hər şey çox yaxşı idi. Ardıcıl 4 məğlubiyyətdən sonra bu cür oyun sərgiləmək asan iş deyil. Bu qələbə komandaya özünəinam hissinin qayıtmasında xeyli kömək etdi. Uşaqlar doğru yoldadılar. Biz səliqəli oynadıq. Taktiki cəhətdən də ağıllı futbol nümayiş etdirdik.

İkinci hissədə komanda qələbəni əldən verməkdən çəkindi. Ancaq bu, normal haldır. Etiraf etməliyik ki, Malta asan rəqib deyil. Xorvatiyaya necə çətin anlar yaşatdıqlarını xatırlayın. Kifayət qədər uğurla müdafiə olunmağı bacarırlar. Hücumda isə nigeriyalı Alfred Effionq başağrısı yaradır".

Millimizdəki debütantların oyununa da toxunan R.Prosineçki, onlardan razı qaldığını dilə gətirib: "Bəzi futbolçular millidə oynamaq şansı qazanmamışdılar. Ancaq mən onlara belə bir imkan yaratdım. Ümidvaram ki, eyni tempi qoruyaraq, növbəti oyunlarımıza da hazırlaşa biləcəyik. Əminəm ki, Norveç yığmasını təəccübləndirmək gücündəyik. Ancaq qalib psixologiyasını daim uduzan komandaya aşılamaq asan iş deyil".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar