"Human Rights Watch"un nümayəndəsi Bakı aeroportunda saxlandı

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Georgi Qogia martın 31-də saat 17-də Bakı aeroportunda saxlanılıb. Bu barədə Avropa Şurasının insan hüquqları üzrə keçmiş komissarı Tomas Hammerberq Tvitterdəki mikrobloqunda yazıb.

Turan-ın Azərbaycan XİN-ə sorğusuna cavabda bununla bağlı məlumata malik olmadıqlarını bildiriblər. Sərhəd Xidmətindən şərh almaq da mümkün olmayıb.

Qogianın mobil telefonu vasitəsilə əlaqə saxlamaq da mümkün olmayıb.

Qogianın Bakıya gəlişinin məqsədi açıqlanmır. Həmçinin, onun məhz haradan gəldiyi də məlum deyil.

Qeyd edək ki, Human Rights Watch Azərbaycan hakimiyyətini insan hüquqlarının pozulmasına görə ən çox tənqid edən hüquq müdafiə təşkilatlarından biridir. Bakıda rəsmilər Human Rights Watch-u müəyyən dairələr tərəfindən rəsmi Bakıya təzyiq məqsədilə istifadə olunan satqın, erməniyönlü və düşmən qurum adlandırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar