Nazirlik Cahangir Hacıyevin şirkəti ilə bağlı açıqlama yaydı

Müdafiə Nazirliyi hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olan BOT MMC ilə əməkdaşlığı dayandırması haqda şirkətin iddiasına cavab verib.

Nazirliyin mətbuat xidmətindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hal-hazırda Silahlı Qüvvələrin şəxsi heyəti üçün daha keyfiyyətli, müasir tələblərə cavab verən və sərfəli qiymətlərlə alınan ayaqqabıların fasiləsiz təminatı həyata keçirilir.

“BOT MMC tərəfindən istehsal olunaraq təqdim olunmuş ayaqqabı nümunələri keyfiyyət və qiymət baxımından tələblərə cavab vermədiyindən qəbul edilməyib”, - deyə nazirlikdən bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar