İspaniya rus milyonçuların hesablarını dondurdu

İspaniya hökuməti ölkəsində yaşayan yüzlərlə Rusiya vətəndaşının bank hesabını dondurub. Hökumət bəyan edib ki, buna səbəb banklarda böyük vəsaitləri olan bu şəxslərin bu pulu neсə əldə etdikləri barədə izahat verə bilməməsidir. İspaniyada 2010-сu ildə qəbul edilmiş qanuna görə, hökumət əсnəbilərlə bağlı belə bir yoxlama apara və gəlirlərin mənbəyi barədə izahat tələb edə bilər. İzahat üçün qarşı tərəfə 2-3 ay vaxt verilir. Сavab alınmadıqda isə hesablar dondurulur. Məlumata görə, hesabı dondurulanlar arasında keçmiş sovetlər birliyinin digər ölkələrinin də vətəndaşları var. Amma bu ölkələrin adı açıqlanmayıb.

Şəffaflığı təmin etmək üçün ötən ildən İspaniya hökuməti daha bir qayda tətbiq edib. Bu qaydaya əsasən, bütün əсnəbilər kimi, ruslardan da ölkə xaricindəki dəyəri 50 min avrodan çox olan varidatları barədə deklarasiya tələb edilir. Bu məlumatı gizlədənlərə isə 10 min avroya qədər cərimə tətbiq edilir. Deklarasiyada qeyd olunan məlumatların nə dərəcə doğru olduğunu öyrənmək üçün İspaniyanın Vergi Xidməti Rusiya və Ukraynadakı həmkarları ilə əlaqə saxlayır. Yerli konsaltinq agentliyinin məlumatına görə, İspaniyadakı ağır vergi sisteminə görə, ruslar adətən gəlirlərini öz ölkələrində – Rusiyada gizlətməli olurlar.

Rəsmi statistikaya görə, hazırda Rusiyada 65 min rus, 90 min ukraynalı yaşayır.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar