Peskov Putinin sirrini açdı

Vladimir Putin öz prezidentliyinin əvvəlindən sərt qərarlar qəbul etməyi və məsuliyyəti öz üzərinə götürməyi bacarıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Putinin hakimiyyətə gəlməsinin 15 illiyi ilə bağlı “Rossiya 24” kanalında təşkil edilmiş birbaşa yayımda çıxış edən Peskov deyib: "Əgər Putin 2000-ci ildə hələ telekameralar qarşısında sərbəst davranmaq öyrənirdisə, məsuliyyəti öz üzərinə götürmək, sərt qərarlar qəbul etmək qabiliyyəti onda ilk başdan var idi", - deyə o vurğulayıb.

"Təəssüf ki, bürokratlar arasında hazırlıq qıtlığı həmişə çox güclü hiss edilir. Putin isə bu hazırlığı həmişə nümayiş etdirib", - deyə Peskov vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar