Türkiyədə "Balyoz davası"nda 236 nəfər bəraət aldı

Türkiyədə "Balyoz davası"nda təkrar məhkəmə prosesi keçirilib. Müsavat.com-un məlumatına görə, məhkəmə "Balyoz davası"nda ittiham olunan 236 nəfərə bəraət verib.

Dövlət çevrilişində günahlandırılan və aralarında Çətin Doğan, Engin Alan, Özdən Örnək, Dursun Çiçək və İbrahim Fırtınanın da olduğu 236 şübhəlinin cinayətdə əli olmadığına qərar verilib. Onlar həbsdən azad ediliblər.

Qeyd edək ki, 2003-cü ilin mart ayında ordunun "Balyoz əməliyyatı" adı altında Türkiyə hökumətini devirmək üçün hərbi əməliyyat planı qurduğu iddia edilirdi. 2010-cu ildə Baş Prokurorluk istitaq başlatmış, 2012-ci ildə şübhəlilər ömürlük həbs cəzası almışdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar