Elektrik mühəndisləri Türkiyədəki müdhiş qəza barədə danışdılar

“Bütün Türkiyənin elektriksiz qalması elektrik sisteminin özəlləşdirilməsindən qaynaqlanır”. Bu sözləri Türkiyənin Elektrik Mühəndisliyi Odası Qurumu başqanı Kemal Ulusaner ölkənin bir neçə saat işıqsız qalmasına münasibət bildirərkən deyib.

BBC-yə bu haqda açıqlama verən Kemal Ulusaner deyib ki, sistem işlətmə üçün özəl şirkətlərə veriləndən sonra firmalar elektriki müxtəlif saatlar üçün fərqli qiymətlərə satır: “Sistemdə sinxron sürüşmə yaşanan zamanda da domino effekti ilə elektrik kəsintisi yaşanır. Görünən odur ki, özəlləşdirmədən sonra sistemi toparlamaq mümkün olmayıb”.

Ulusaner 2006-cı ildə də Türkiyənin böyük bir ərazisinin bir neçə saat elektriksiz qalmasının yada salıb: “O zaman frekans sürüşməsi səbəbi ilə Ege, Marmara, Antalya bölgələrinə 11 saat elektrik verilməsi mümkün olmamışdı”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar