AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 20-24 aprel tarixlərində keçiriləcək yaz sessiyasının gündəliyi məlum olub.APA-nın Avropa bürosunun xəbərinə görə, AŞPA yenidən Rusiyanın qurumdakı nümayəndə heyətinə qarşı tətbiq olunmuş sanksiyaların uzadılmasını müzakirə edəcək. Cari məsələ kimi Ukraynadakı siyasi vəziyyətin müzakirəyə çıxarılacağı da gözlənilir.

Kütləvi izləmə əməliyyatları, eləcə də pilotsuz uçan obyektlər və mütəşəkkil cinayətkarlıq sahəsində insan hüquqları və beynəlxalq hüququn təmin edilməsinin vacibliyi yaz sessiyasında müzakirə ediləcək əsas məsələlər sırasında olacaq.

Sessiyada Belçika kralının, Moldova baş nazirinin çıxışları nəzərdə tutulub. Bundan başqa, “İslam dövləti” (İŞİD) terror qruplaşması tərəfindən həyata keçirilən terror aktları nəticəsində humanitar faciə, Avropada transgender insanlara qarşı ayrı-seçkilik, uşaq hüquqları və Monako ilə postmonitorinq dövrünə dair danışıqlar kimi məsələlər də qurumun plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Belçikanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin xarici işlər naziri Didye Reynders assambleya iştirakçılarının qarşısında Nazirlər Komitəsinin fəaliyyəti haqda hesabatla çıxış edəcək. Eyni zamanda, AŞ-nın İnsan Hüquqları üzrə komissarı Nils Mujnieks 2014-cü il üçün fəaliyyət hesabatını təqdim edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar