Nazir Bakı-Tbilisi-Qarsdan danışdı

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı bütün öhdəlikləri yerinə yetiriblər və tikintini vaxtında başa çatdırıblar.ANS PRESS-in məlumatına görə, bu sözləri Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsində də işlər sürətlə davam edir. Artıq Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsindəki tunelin də tikintisi başa çatıb.Baş nazirinin müavininin sözlərinə görə, tikinti işləri iki aydan sonra başa çatdırılacaq.

“Bu çox vacib və bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb edən layihədir. İnanıram ki, dəmir yolu ilin sonuna tam istifadəyə veriləcək”, - deyə K.Kaladze vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar