Səudiyyə-Yəmən sərhədində ağır döyüşlər gedir

Səudiyyə-Yəmən sərhədində Səudiyyə Ərəbistanının nizami ordusu ilə Yəmənin şiəməzhəb huti qiyamçıları arasında ağır toqquşmaların baş veridiy bildirilir.

Yəmənin xarici işlər naziri Ərəb liqasına daxil ölkələri təcili qaydada öz ölkəsinə müdaxilə etməyə çağırıb.

Bundan əvvəl Səudiyyə rəhbərlik etdiyi Ərəb koalisisiyası ilə birlikdə Yəmən üzərinə hava reydləri keçirirdi.

Huti qiyamçılar ötən il Yəmən paytaxtı Sananı ələ keçirdikdən sonra ötən həftə prezident Abd-Rabbu Mansour Hadinin sığındığı Ədən şəhəri üzərinə hücuma başlamışdılar.

Huti qiyamçılarını İran və keçmiş Yəmən prezidenti Ali Abdullah Saleh dəstəkləyirlər.

Ötən həftə Yəməndə vətəndaş qarşıdurması qızışdıqdan sonra ABŞ bu ölkədəki 100 əsgərlik qüvvəsini çıxarıb.

Xəbər verilir ki, hazırda sərhəd boyunca toplar da daxil olmaqla, ağır silahlardan istifadə ilə döyüşlər davam edir.

Qərb istiqamətində huti qiyamçıları Qırmızı dəniz üzərindəki strateji hərbi-dəniz bazasını ələ keçiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar