Terrorçular silahla ədliyyə binasına necə girib?

Terrorçular saxta sənəddən istifadə ediblər

Türkiyədə prokuror Məhməd Səlim Kirazı girov götürən terrorçuların məhkəmə binasına saxta vəkil vəsiqəsi ilə girdikləri məlum olub. Bu barədə “Al Jazeera” saytı prokurorluqda olan mənbələrə istinadən xəbər verib.

Təhlükəsizlik kamerasının qeydlərinə əsasən terrorçuların binaya vəkillərin daxil olduğu C qapısından girdikləri məlum olub. Girişdə iki nəfər saxta vəkil vəsiqəsindən istifadə edib. Görüntülərdə terrorçuların qoltuğunun altında rəsmi vəkil geyimi olduğu görünür. Ehtimal olunur ki, içəri keçirilən silahlar məhz həmin geyimin içində olub.

Prokurorluq mənbələri fəalların prokurorun otağında iki ədəd partlayıcı qurğu yerləşdirdiyini də ifadə ediblər. Partlayıcılardan biri xüsusi xidmətlə qarşıdurma zamanı terrorçular tərəfindən partladılıb. Digəri isə münaqişədən sonra polislər tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə baş naziri Əhməd Davudoğlu terrorçulardan brinin 1991-ci il təvəllüdlü Zonguldak doğumlu Şafak Yayla, digərinin isə 1987 Ardahanda dünyaya gəlimş Bəxtiyar Doğruyol olduğu barədə açıqlama verib. /ans

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar