Əbülfəz Qarayev daha 5 otelə ulduz verdi

yabu-pushelberg-ian-schrager-the-london-edition-hotel-designboom-02Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mart ayında 5 mehmanxanaya dərəcə sertifikatları verilib. Nazirlikdən verilən məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə mehmanxanaların təsnifatı aparılıb. Belə ki, ötən ay Bakıda fəaliyyət göstərən “Sheraton Baku Airport” mehmanxanasına 5 ulduz, “Teatro Boutique Hotel”, “Lake Palace”, “Atrium” və “Qorqud“ mehmanxanalarına 4 ulduz dərəcəsi sertifikatları verilib.

Qeyd edək ki, bununla da təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 78-ə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar