Ban Ki Mun Azərbaycana gələcək

Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransında iştirak edən Azərbaycan baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun ilə görüşüb.

Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Ə. Həsənov Ban Ki Munu Azərbaycana səfərə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana gələn il səfər edə biləcəyini söyləyib. Eyni zamanda may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcəyini açıqlayıb. Ban Ki Mun bir neçə dəfə Azərbaycan prezident İlham Əliyev ilə görüşdüyünü, onun fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib. BMT baş katibi Azərbaycanın əhəmiyyətli coğrafi məkanda yerləşdiyini və onun rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığını davam etdirəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın BMT ilə əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar