Duritskaya istintaqa çağrılacaq

Qatili tanımaq üçün şahid qismində

Azpolitika.info Rusiya KİV-nə istinadən («Rosbalt») xəbər verir ki, qətlə yetirilmiş rusiyalı müxalif siyasətçi Boris Nemtsovun məşuqəsi Anna Duritskaya «mümkün qatilin tanınması proseduru» üzrə şahid qismində istintaqa çağrılacaq. Xəbərdə deyilir ki, şahidə tanınma qiyabi yolla da (şəkildən tanıma) təklif oluna bilər.

Ehtimal olunur ki, Duritskaya gələcək killeri qətl hadisəsindən əvvəl də görə bilərdi. Çünki onu Nemtsovla 3 illik tanışlıq bağlayırdı və qız tez-tez onunla bir yerdə olurdu.

Xəbərdə daha sonra deyilir ki, müdafiə tərəfin nümayəndələri qətlə heç bir aidiyyatları olmadıqları səbəbindən tanınma prosesindən ehtiyat etmədiklərini bildiriblər.

Məlumdur ki, Boris Nemtsov bu il fevralın 27-də gecə Qızıl Meydanın yaxınlığında yerləşən Böyük Moskvaretsk körpüsündə (Moskva) qətlə yetirilib. İş üzrə 5 nəfər - Zaur Dadayev, Anzor Qubaşev, onun qardaşı Şahid Qubaşev, Həmzət Baxayev və Tamerlan Əsgərxanov həbs olunub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar