Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti açıqlandı - 50 DOLLAR

6elmanBaş bankir: "Manatın məzənnəsində hər hansı ciddi dəyişiklik gözlənilmir".  "APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır", - deyə o bildirib.

E. Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti "50 dollara hesablanacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar