“Sağlam Yaşa” Beyləqanda tədbir keçirib

“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 31 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Beyləqan rayonunda, Təbiət və Humanitar fənlər təmayüllü liseydə “Bakı 2015” ilk Avropa Oyunları ilə bağlı müxtəlif əhali qrupları arasında məlumatların artırılması mövzüsünda tədbir keçirib.

Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Qəribova Həbibə açaraq 31 mart gününü, Azərbaycana qarşı törədilmiş soyqırım gününü Ümümmilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il tarixli fərmanını xatırlatdı və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsini 1 dəqiqəlik sükütla yad edilməsini təklif etdi. Sonra Birliyin sədri ilk Avropa Oyunları haqqında, onun keçiriləcəyi məkanlar, idman növləri, iştirakçıların sayı, iştirakçı ölkələr haqqında geniş məlumat verdi. Rayon Gənclər və İdman idarəsinin rəis müavini Bakir Həsənov çıxışında, gəncləri yarışlar ərəfəsində fəal olmağa, oyunları mütəmadi izləməyi tövsiyyə etdi. Tədbirdə rayonda fəaliyət göstərən “İnnovativ Gənclər" İcitmai Birliyinin sədr müavini Mürsəl Behbudlu çıxış edərək, gənclərə bu mövzuda öz dəyərli məsləhətlərini verdi. Tədbirin sonunda iştirakçılara mövzunu əhatə edən bukletlər, papaq və köynəklər paylanıb.

[gallery columns="5" ids="106448,106449,106450,106451,106452"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar