Beynəlxalq Tərcüməçilər Federasiyasının nümayəndə heyəti BSU-da - Foto

Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) nümayəndə heyətini qəbul edib.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, rektor BSU-nun yaranma tarixi, tədris edilən dillər, tələbə və müəllim heyəti, keçirilən konfranslar barədə məlumat verib.

Universitetin Federasiya ilə əməkdaşlığa hazır olduğunu deyən A.Hacıyev qonaqları BSU-da keçirilən Beynəlxalq Konfranslarda iştirak etməyə dəvət edib.

Görüşdə BTF prezidenti Henry Liu, birinci vitse-prezident Reiner Heard, vitse-prezident Silvana Marchetti, baş katib Sabine Colombe BTF-in nümayəndə heyəti kimi iştirak ediblər. Nümayəndələr BTF-in tarixi, fəaliyyəti barədə danışaraq, BSU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyiblər.

Qeyd edək ki, görüşdə AGTA sədri İsmayıl Cəbrayılov, AGTA-nın BSU üzrə koordinatoru və eyni zamanda BSU tərcümə fakültəsinin IV kurs tələbəsi olan Fərrux Paşazadə, BSU-nun elmi işlər üzrə prorektoru Seyfəl Həsənov, Tərcümə fakültəsinin dekanı Səbinə Tarverdiyeva və Avropa dilləri kafedrasının müdiri Kifayət Hacıyeva da iştirak ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar