İcra hakimiyyətlərində struktur islahatı: bir müavin və şöbə ixtisar olundu

İcra hakimiyyətlərinin aqrar şöbələrinin də fəaliyyəti dayandırılıb

Azərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib.

Buna səbəb isə rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır. İcra başçılarının aqrar məsələlər üzrə müavinləri çalışdıqları rayonlarda kənd təsərrüfatı və torpaqla bağlı məsələləri koordinasiya edirdi.

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz icra hakimiyyətləri faktı təsdiq edib.

O da bildirilib ki, İH-nin aqrar məsələlər şöbəsi də ləğv edilib. Həmin şöbədə çalışan əməkdaşlar İH-nin iqtisadiyyat şöbəsində işlə təmin olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar