Uşaq Klinik Xəstəxanasında vaxtı keçmiş dərmanlar aşkarlandı

Səhiyyə Nazirliyinin “Tibb” qəzetinin əməkdaşları Respublika Uşaq Klinik Xəstəxanasında araşdırma aparıb. Lent.az-ın məlumatına görə, xəstəxanada dərmanların saxlandığı otaqda şərait normal olsa da, dərmanlara baxış zamanı ciddi nöqsana da rast gəlinib. Belə ki 2 qutu (20 tablet) «Enalapril» preparatının istifadə müddətinin bitdiyi məlum olub.

Araşdırma zamanı o da məlum olub ki, bəzi yerlərdə istifadə müddəti bitmiş preparatlar var. I Pediatriya şöbəsində vaxtı keçmiş 3 ampul “Adrenalin - Zdorovye”, II Pediatriya şöbəsində də isə 11 ampul “Sulfokamfokain- Darniya” aşkarlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar