Ukrayna Saakaşvilinin ekstradisiyasından qəti imtina etdi

EU-SUMMIT-EPPUkraynanın Baş Prokurorluğu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bu ölkəyə ekstradisiyasından imtina edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Baş Prokurorluğunu ictimaiyyət və KİV-lə əlaqə idarəsindən bildirilib ki, prokurorluqda Gürcüstanın baş prokuroru və ədliyyə nazirinin Saakaşvilinin cinayət məsuliyyətinə cəlb olunması üçün geri verilməsi ilə bağlı müraciətinə baxılıb.

Nəticədə Ukraynanın Baş Prokurorluğu belə qərara gəlib ki, keçmiş dövlət başçısının ekstradisiyası xahişi onun siyasi motivli təqibi ilə bağlıdır. Bundan əlavə, onun ekstradisiyasının insan haqları və əsas azadlıqlar üzrə 1950-ci il Konvensiyasının tələblərinə zidd olması qərarına gəlinib.

Bunları nəzərə alaraq, Ukraynanın Baş Prokurorluğu kimi, mərkəzi hakimiyyət orqanı da Mixail Saakaşvilinin ekstradasiyasından imtina edilib.

Fevralın 13-də Ukrayna prezidenti Pyotr Poroşenkonun sərəncamı ilə Mixail Saakaşvilinin sədrliyi ilə Beynəlxalq İslahatlar Şurası yaradılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar