Krımlılar Rusiya ordusunda xidmətə başlayır

Rusiyada aprelin 1-dən orduya yaz çağırışı başlanıb. Müdafiə Nazirliyi bu il silahlı qüvvələrə 150 min nəfəri səfərbər etməyi planlaşdırıb.

Çağırış indi həm də Rusiya tərəfindən ilhaq olunmuş Krımın, habelə Sevastopolun sakinlərinə aiddir.

Nazirlik bu il orduya 500-dək krımlını səfərbər edəcək.

Hərbiyyənin planlarına görə, bu çağırışçıların üçdə ikisi Qara dəniz donanmasında qulluq edəcəklər.

“Qalanları Cənub Hərbi Dairəsinin hərbi hissələrində, lakin müstəsna olaraq Sevastopolun inzibati sərhədi daxilində xidmət keçəcəklər” – Sevastopolun hərbi komissarı Valeri Vişnyakov deyib.

Bundan əvvəl Krımın rəhbəri Aksyonov demişdi ki, 2015-ci il ərzində bu bölgədən orduya iki mindən beş minədək adam çağırılacaq. Lakin sonradan, çərşənbə axşamı Krım rəhbəri çağırışçıların “təxminən 400 nəfər” olacağını bildirib.

Çağırış Ukraynada xidmət çəkmiş və ya hərbi xidmətdən azad olunmuş şəxslərə şamil edilməyəcək.

Orduda qulluqdan, həmçinin Rusiyada rəsmi elmi dərəcəsi olanlar azad ediləcəklər.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının baş təşkilat-səfərbərlik idarəsinin rəisi general-leytenant Vasiliy Tonkoşkurov deyib ki, Rusiyanın bütün başqa hissələrindən olan çağırışçılar da Krımda hərbi xidmətə düşə bilərlər.

Yaz çağırış kampaniyası iyul ayınadək davam edəcək.

Ötən fevral ayında Dövlət Dumasına ordudan yayınanların xaricə səfərlərinə beş il müddətində qadağan qoyan qanunun layihəsi təqdim olunub. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar