Manatla kredit verən banklar məlum oldu - SİYAHI

Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından 1 aydan artıq vaxt keçsə də, banklarda kreditləşmə ilə bağlı vəziyyət sabitləşməyib. Fins.az-ın bank sektorunda apardığı araşdırma nəticəsində məlum olub ki, hazırda ölkədəki 44 bankdan yalnız 7-si həm milli, həm də xarici valyutada kredit ayırır.

Bunlar “AGBank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Expressbank”, "Bank VTB Azərbaycan", “Qafqaz İnkişaf Bankı”, “Naxçıvanbank” və “Rabitəbank”dır.

Banklardan 7-si kreditləşməni yalnız manatla, 16-sı isə yalnız dollarla həyata keçirir. Hər iki valyutada kredit verilməsini dayandıran bankların sayı isə 14-dür.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar