Nemtsovun qətli: Zaur Dadayev ittihamları rədd edir

Rusiyalı siyasətçi Boris Nemtsovu qətlə yetirməkdə ittiham olunan Zaur Dadayev günahını inkar edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Moskva şəhər Məhkəməsində keçirilən prosesdə Z. Dadayev qətl baş verən zaman şəhərin başqa rayonunda olduğunu bildirib.

“Şahidlərim və alibim var”, - deyə o vurğulayıb.

Qeyd edək ki, məhkəmə prosesi zamanı Rusiya İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, Z. Dadayev özünün və digər təqsirləndirilən şəxslərin cinayət törətdiyini etiraf edib. O qeyd edib ki, təqsirləndirilən Həmzət Baxayevin cinayətdə əlinin olması Z. Dadayevin ifadəsi ilə təsdiqlənib. Öz növbəsində Z. Dadayev bu ifadələri təzyiq altında verdiyini bəyan edib.

Xatırladaq ki, B. Nemtsov fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Hadisə baş verən zaman onun yanında ukraynalı fotomodel Anna Duritskaya olub. Rusiya İstintaq Komitəsi B. Nemtsovun qətlində 5 nəfərin şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb. Martın 8-də Basman Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlar Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar