AXCP fəalı həbsdə qaldı

Bakı Apellyasiya Məhkəməsi aprelin 1-də AXCP fəalı Asif Yusiflinin şikayətini təmin etməyib.

Şikayət həbs müddətinin iki ay uzadılması ilə bağlı Nərimanov rayon məhkəməsinin martın 18-də çıxardığı qərardan idi.

Asif Yusifli fırıldaqçılıq və sənədlərin saxtalaşdırılmasında ittiham olunur. O 2014-cü il noyabrın 26-da Fəridə Zülfüqarova adlı şəxsin şikayəti əsasında həbs edilib, guya onun vəsaitini mənimsəyib.

Amma müdafiə tərəfi hesab edir ki, Yusiflinin özü əslində üçüncü şəxslərin fırıldağının qurbanı olub. Bundan başqa, istintaq dövründə o, vurulmuş ziyanı tamamilə ödəyib.

AXCP-də hesab edirlər ki, Asif Yusifli siyasi fəaliyyətinə görə həbs olunub.

Asif Yusifli Qarabağ müharibəsi əlilidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar