Bəzi müəllimlər artımdan sonra bu qədər maaş alacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeniliklərə əsasən, müəllimlərin əmək haqlarının artımının necə və hansı formada hesablanacağını, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin 1 dərs saatının dəyərinin necə hesablanacağını və artımın neçə faiz təşkil edəcəyini açıqlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli sərəncamının icrası çərçivəsində 2015-ci ilin yanvar-mart ayları üçün əməkhaqqı artımı ilə bağlı vəsait təhsil müəssisələrinin hesabına köçürülüb.

Müəllimlərin vəzifə maaşları pedaqoji stajdan asılı olaraq ali təhsilli müəllim üçün 320 manatdan 410 manatadək, orta ixtisas təhsilli müəllim üçün 290 manatdan 350 manatadək müəyyən edilib.

Sərəncama əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artırılmaqla, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Müəllimin vəzifə maaşının məbləğini 18 saata bölməklə, 1 saatın dəyəri müəyyən edilir. Hazırda müəllimin 1 dərs saatının dəyəri orta hesabla 34 faiz artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar