"Neftçi"də daha bir istefa

İbrahim Sadıqlı: "Bu gün öz istəyimlə "Neftçi"dən ayrıldım"

Ötən gün "Neftçi" klubunda daha bir istefa reallaşıb. Anspress-in məlumatına görə, klubun sabiq prezidenti Sadıq Sadıqovun oğlu İbrahim Sadıqlı klubdakı departament rəhbəri vəzifəsindən ayrılıb. Bu barədə Sadıqlı "facebook" hesabında paylaşdığı statusla məlumat verib:

"Bu gün öz istəyimlə "Neftçi"də işdən ayrıldım. Güloğlan Cabbarov. Mübariz Xudiyev, Gündüz Abbaszadə, Elnur Əşrəfoğlu kimi qardaşlarla 4 il bir yerdə xeyli uğur qazandıq. Qardaşlar, Allah sizdən razı olsun, haqqınızı halal edin. Mənim nəsə haqqım varsa, halal olsun. Bundan sonra "Neftçi" klubuna ən böyük uğurları arzulayıram. Ən böyük "Neftçi", deyə İbrahim Sadıqlı bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar