Rektor qızını döyənlərin imtina etdiyi vəkil danışdı

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur və Elin Məmmədov qardaşlarının imtina etdiyi vəkil Pərviz Zamanlı barəsində yayılanlara münasibət bildirib.

Axar.az-ın sualını cavablandıran P.Zamanlı hər iki tərəfin razılığı ilə bu addımın atıldığını deyib:

“Hüquqlarını müdafiə etdiyim şəxslər vəkilliyimdən imtina etdilər. Bu, normal haldır və onların hüququdur. İstədikləri adamı vəkil seçə, istədikləri adamdan da imtina edə bilərlər. Bilirsiz, mətbuatda deyilənlər olduğu kimi yazılmır. Yazırlar ki, onlar vəkillərin fəaliyyətindən narazı qaldıqları üçün imtina ediblər. Bu, doğru deyil. Yenə deyirəm, bu, onların hüququdur. Bu hüquqa heç kim nə qarışa bilər, nə də müdaxilə edə bilər. Mənim vəkil kimi xidmətimdən imtina səbəbinə gəlincə isə bu barədə əlavə heç nə deyə bilmərəm”.

Xatırladaq ki, Ü.İsayevanı döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Qardaşlar vəkilləri Pərviz Zamanlı və Cavid Alıyev ilə əməkdaşlığa artıq son veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar