Türkiyə polisi Suriya sərhədində 9 britaniyalını saxlayıb

Türkiyə polisi Suriya sərhədini qanunsuz keçməyə cəhd edən doqquz britaniyalını həbs edib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, britaniyalılar Türkiyə ərazisində Suriya ilə həmsərhəd Hatay əyalətində saxlanılıb.

Britaniyalıların Suriya ərazisinə keçmək istəməsinin məqsədi hələlik məlum deyil.

SkyNews telekanalı saxlanılanların 3 kişi, 2 qadın və 12 yaşadək 4 uşağın olduğunu bildirib. Onların Böyük Britaniyaya deportasiya ediləcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar