Rusiyanın Yəməndəki Baş Konsulluğuna hücum olub

Rusiyanın Yəmənin Aden şəhərindəki Baş Konsulluğunun binasına hava zərbəsi nəticəsində ciddi ziyan dəyib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiyanın Yəməndəki səfirliyindən bildirilib.

“Binada bütün pəncərələrin şüşələri qırılıb”, deyə mənbə bildirib. Onun sözlərinə görə, hazırda konsulluğun fəaliyyətinin dayandırılması və Rusiya vətəndaşlarının təxliyəsi məsələləri nəzərdən keçirilir.

“TASS”-ın məlumatına görə isə, Rusiyanın Adendəki Baş Konsulluğu üsyançı husilər tərəfindən talan edilib. Məlumata görə, üsyançılar diplomatik nümayəndəliyin qapılarını qıraraq içəri daxil olublar və binada olan bütün qiymətli əşyaları və sənədləri götürərək naməlum istiqamətdə uzaqlaşıblar. Məlumata görə, hücum zamanı binada heç kim olmayıb.

Bundan əvvəl husilər tanklarla Adenə hücuma keçərək şəhərin mərkəzini nəzarətə alıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar