Putindən Sərkisyana xəbərdarlıq: “Bu haqda düşünmə...”

putin sarkisyanRusiya Dövlət Dumasının sədri Sergey Narışkinin martın 30-31-də İrəvanda səfərdə olması Ermənistan mətbuatının əsas müzakirə etdiyi mövzulardan biridir. Modern.az-ın verdiyi xəbərə görə Ermənistanın 1in.am analitik portalı Sergey Narışkinin səfəri ilə bağlı məqalə dərc edib. Məqalədə yazılıb ki, Rusiya Dövlət Dumasının səfərinin əsas məqsədi Ermənistanı xəbərdarlıq etmək olub.

“Rusiya Dövlət Dumasının sədrinin səfərinin əsas məqsədi o idi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından imtina haqqında düşünməsin”,-deyə bildirib.

O da qeyd olunub ki, Sergey Narışkinin İrəvandakı çıxışı Ermənistanın Avropa Birliyi ilə assosiasiya sazişini bağlaması arzusunun yanlış yol olduğu qənaətini yaradır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar