Rza Zərrab İrandan 87 milyard avronun şübhəli transferində ittiham edilir

Cinayət işində Surxay, Nizami və Vidadi adlı 3 azərbaycanlı iş adamının da adı keçir

Dekabrın 17-də Türkiyə polisinin rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs etdiyi milliyyətcə azərbaycanlı olan iranlı iş adamı Rza Zərrab çirkli pulların yuyulması, İrandan böyük miqdarda maliyyə vəsaitinin Türkiyəyə şübhəli transferi, külçə qızılların qaçaqmalçılığı, saxta sənədlər hazırlamaq, vəzifəli şəxslərə rüşvət vermək kimi ağır cinayətlərdə ittiham edilir.

APA-nın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşlığına keçdikdən sonra “Sərraf” soyadını götürən Rza Zərrab 2009-2012-ci illərdə qurduğu şirkətlər vasitəsilə İrandan 87 milyard avro məbləğində vəsaitin Türkiyəyə transferində vasitəçi olub. Türkiyə Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) bununla bağlı araşdırma aparılması üçün İstanbul Əmniyyət Müdirliyinə (polis idarəsi) raport göndərib. Əməliyyat 2011-ci il dekabrın 14-də İstanbuldan Rusiyaya gedən 3 azərbaycanlı və bir iranlının üzərində “Vnukovo” hava limanında 14,5 milyon dollar və 4 milyon avro nəğd pulun aşkarlanması ilə başlayıb. Rusiya Federal Gömrük Xidməti məsələ ilə əlaqədar Türkiyə tərəfindən müraciət edərək olayın araşdırılmasını istəyib. Türkiyə polisi hərəkətə keçərək ilkin mərhələdə İstanbulun Tahtakale səmtində bir valyutadəyişmə məntəqəsinin sahibini və 14 işçisini həbs edib. Bu şəxslərin 37 dəfə Rusiyaya 40 milyon dollar və 10 milyon avro nağd pul apardıqları müəyyənləşib. Bu pulların azərbaycanlı iş adamları A. Nizami, H. Surxay və B. Vidadiyə aid olduğu aşkara çıxarılıb. Pulların Dubaydan Türkiyəyə gətirildiyi və Rusiyaya göndərildiyi müəyyən edilib. İstanbul polisi kuryerləri sərbəst buraxıb və adı çəkilən 3 azərbaycanlı iş adamını beynəlxalq axtarışa verib.

Türkiyədə qurulmuş, kağız üzərindəki 3 xəyali şirkəti araşdıran maliyyə müfəttişləri İrandan çox böyük miqdarlarda pul transferinin gerçəkləşdirildiyini ortaya çıxarıblar. Adəm G. və Vidadi B. tərəfindən qurulan “Cihan Kiymetli Madenler”, “Deniz Kiymetli Madenler” və “Kapital Kiymetli Madenler” adlı bu şirkətlərə 2009-2012-ci illər ərzində İran Millət Bankı vasitəsilə 87 milyard avro köçürüldüyü, şirkətləri R. Zərrabın qurdurduğu və idarə etdiyi ortaya çıxarılıb. Şirkətlərin “Garanti”, “Küveyt Türk” bankları, “Denizbank” və “Aktif Bank”dakı hesabları araşdırılıb və bu hesabların hər birinə gündə təxminən 5 milyon avro köçürüldüyü bəlli olub. Vergi idarələrində bu şirkətlərin heç bir borcunun olmaması müfəttişləri təəccübləndirib. Saxlanılan Adəm G. ifadəsində pul transferi barədə təlimatların İrandan gəldiyini söyləyib.

R. Zərrabı 2011-ci ilin dekabrından bəri izləyən Türkiyə polisi iş adamının qanunsuz qızıl ixracatı ilə məşğul olduğunu da aşkarlayıb. Onun dövlət məmurlarına rüşvət verərək 1,5 ton qızılı ölkə xaricinə çıxardığı, verdiyi rüşvətin həcminin on milyonlarla dollar olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar