Sülhəddin Əkbər ACP-nin adının dəyişməsindən danışdı

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər partiyanın adını dəyişmək niyyətində olduğu haqda məlumatı təsdiqləyib. Bu barədə AzPolitika.info partiyadakı mənbəyə istinadən məlumat vermişdi.

Xatırladaq ki, ACP 6 il əvvəl təsis olunsa da, lideri Rəsul Quliyevə görə bu günə qədər dövlət qeydiyyatına alınmayıb. Çox güman ki, Sülhəddin Əkbər qeydiyyat məsələsində problem çıxmaması üçün partiyanın adını da dəyişmək niyyətindədir.

Partiya sədri Musavat.com-a açıqlamasında bu məlumatı təsdiqləyib: “Dekabrın 22-nə partiyanın Ali Məclisinin toplantısını çağırmışıq. Ali Məclisin yığıncağında partiyanın qurultayının keçirilməsi üçün təşkilat komitəsi yaradılacaq. Bundan sonra bütün səlahiyyət qurultaya hazırlıq üzrə təşkilat komitəsinə veriləcək. Təşkilat komitəsi faktiki olaraq yenidən partiya quruculuğu işinə başlayacaq. Ona görə də bütün məsələlər, o cümlədən partiyanın qeydiyyatı məsələsi, ad məsələsi müzakirə olunacaq. Hər hansı bir razılığa gəlinsə, bu təklif təşkilat komitəsinin adından qurultaya təqdim olunacaq. Son qərarı da qurultay verəcək. Bir çox ciddi məsələlər müzakirə olunacaq. Ola bilsin ki, ad məsələsi də müzakirə olunsun”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar