2070-ci ildə İslam dünyada aparıcı din olacaq

Proses «İslam ekspansiyası» kimi qələmə verilir!

İslam elə ahənglə yayılır ki, artıq cari yüzillikdə planetin aparıcı dininə çevriləcək. Bu fikri La Stampa qəzetində dərc olunmuş məqalənin müəllifi Françesko Semprini önə çəkir.

«Pew Research Center»-in verdiyi məlumata görə, artıq 2050-ci ildə dünyada müsəlmanlarla xristianların sayı bərabərləşəcək, indiki ahəngin davam edəcəyi təqdirdə isə 2070-ci ildə İslam dünyada ən geniş yayılmış din olacaq. Mərkəzin məlumatına görə, 2010-cu ilə qədərki dövrdə xristianlığa tapınanların sayı dünyada 2,2 milyard, müsəlmanların sayı isə 1,6 milyard təşkil edib. Ona görə də say baxımından xristianlıq aparıcı din rolunda çıxış edib.

Müəllifin yazdığına görə, planet əhalisinin sayının artım ahəngini nəzarə alsaq, yaxın onilliklər boyu dünyada İslamın mövqeyi daha da möhkəmlənəcək. Sözügedən dövrdə müsəlmanların sayı 73,0 faiz, xristianların sayı isə 35,0 faiz artacaq. Beləliklə, müəyyən mərhələdə bü iki dinə tapınanların sayı bərabərləşəcək.

Diqqətçəkəndir ki, dünyada müsəlmanların sayının sürətlə artmasını şərtləndirən əsas amil kimi müsəlmanların yaşadığı ərazilərin coğrafi xüsusiyyətlərini önə çəkən müəllif, nədənsə, bu prosesi «İslam ekspansiyası» kimi qələmə verir. Bu da təəssüf doğurmaya bilməz!

Sözügedən mərkəzin direktoru Alan Kuperman isə bu barədə aşağıdakı fikri səsləndirib: «Müsəlmanlar dünyanın elə bölgələrində cəmləşib ki, bu bölgələrdə əhali artımının ən yüksək ahəngi müşahidə olunur. Məsələn, artıq 2050-ci ildə Hindistan İndoneziyanı ötüb keçərək, dünyada ən iri müsəlman cəmiyyətinin olduğu ölkəyə çevriləcək. Avropada isə əhalinin cəmi 10,0 faizini müsəlmanlar təşkil edəcək. Afrikada, Saxaradan cənuba doğru bölgələrdə hər 10 nəfər müsəlmana nisbətdə 4 xristian yaşayacaq...»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar