ABŞ-dan MOSKVAYA "İRAN ZƏRBƏSİ" - Putinin əsas "silahı" əlindən alınır- TƏHLİL

"Rusiya öz qonşusu İranın heç vaxt nüvə silahına yiyələnməsində maraqlı olmayıb. Lakin İranın nüvə proqramını maneəsiz şəkildə həyata keçirilməsi və Vaşinqton ilə Tehranın düşmən münasibətləri, Moskvaya Rusiyanın təsir sferasına daxil olan postsovet məkanı ilə ciddi sürətdə maraqlanmaq istəyən ABŞ-ın fikirlərini yayındırmaq üçün lazımdır". Bu fikirlər ABŞ-ın özəl Kəşfiyyat Araşdırmaları Mərkəzi, bəzən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgə” strukturu hesab edilən "STRATFOR" son araşdırmasınsda yer alıb. "AzPolitika.info" həmin araşdırmanı qısa ixtisarla dərc edir:

Rusiya İrandan ABŞ-a təzyiq vaistəsi kimi istifadə edirdi

Rusiya ABŞ və İranı yaxınlaşmağa qoymamaq və onları ayırmaq üçün əlindən gələn hər şeyi edib. Yeni nüvə reaktorlarının tikilməsinə öz köməyini təklif edən Rusiya mütəxəssisləri, iranlıların nüvə enerjisinin inkişafına olan maraqlarını bildikləri üçün, onların bu maraqlarını həmişə qızışdırıblar. Qərbin tətbiq etdiyi maliyyə sanksiyalarından əziyyət çəkən İranın vəziyyətinin yüngülləşdirilməsində Rusiya bankları mühüm rol oynayıb. Hələ hadisələrin ilkin başlanğıcından bəlli idi ki, Moskvanın əsas planı, nüvə bombası yaratmaq üçün İrana kömək göstərmək olmayıb. Sadəcə, Yaxın Şərq regionunun bu sözəbaxmaz oyunçusuna olan təsir imkanlarından istifadə etməklə, Rusiyanın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan məsələlərdə ABŞ-ı danışıqlar aparmağa məcbur etməkdən ibarət olub. Yəni, Rusiya İrandan AB-a təzyiq vaistəsi kimi istifadə edirdi. Ona görə də, Vaşinqton İran problemini həll etməyə başlayanda, Şərqi Avropada raket əleyhinə müdafiə sistemlərinin yaradılması qərarını təxirə salırdı. Məlumdur ki, Kreml ABŞ-ın Şərqi Avropada həyata keçirmək istədiyi bu proqrama, Rusiyanın həlqəyə salınması layihəsinin ilk addımı kimi baxır.

Tamamilə aydındır ki, ümumi proses Rusiyanın planlaşdırdığı kimi inkişaf etmədi. Bizim ehtimal etdiyimiz kimi ABŞ və İran öz aralarındakı əsas fikir ayrılığna son qoymaq məqsədi ilə ikitərəfli görüşə başladılar. Hazırda ABŞ və İran, aralarındakı münasibətlərin normallaşması yoluna qədəm qoyublar. Həm də ki, bütün bunların hamısı ABŞ-ın başçılığı altındakı hərbi alyansın Rusiya sərhədlərinə qədər genişlənməsinin qarşısını almağa cəhd edən prezident Putinin, iqtisadi böhranın öhdəsindən gəlməyə çalışdığı və eyni zamanda da ölkə içərisində hakimiyyət uğrunda mübarizə apardığı bir vaxtda baş verir.

İranın çənlərində 35 milyon barel xam neft yığlıb

ABŞ və İranın bu yay razılığa gələ bilməsi ehtimalı, enerji bazarına əlavə İran neftinin axmasına, yekunda isə neftin qiymətinin aşağı düşəməsinə və rublun dəyərsizləşməsinə gətirib çıxaracaq. Onu da demək lazımdır ki, tərəflər arasında müqavilə imzalandıqdan sonra İran nefti elə həmin bazara axmayacaq. Belə hesab edilir ki, hal-hazırda İranın çənlərində 35 milyon barel xam neft yığlıb. Avropa sanksiyaları götürəndən və ABŞ isə xüsusi prezident sərəncamı ilə sanksiyaları tədricən aradan qaldırdıqdan sonra, İran həmin 35 milyon barell həcmindəki nefti cox tez bir zamanda sata bilər.

Lakin İran, yataqların yenidən istismar edilməsinə qayıtmaq istəyən zaman müəyyən çətinliklərlə qarşılaşacaq. Konservləşdirilmiş yataqların yenidən bərpası üçün istifadə olunan müasir texnologiyalar lazımı infrastrukturun yaradılmasını tələb edir. Yaranmış mövcud vəziyyətdə İran bir il ərzində neft hasilatının gündəlik həcmini yalnız 400-500 min barel qaldıra bilər. Özünün yarı dağılmış enerji sektorunu normal qaydaya salmaqdan ötrü İrana xarici sərmayə lazımdır. İran bütün bu problemlərin öhdəsindən ancaq tədricən gələ bilər.

Moskvanın əlindən əsas "silahı" alınır - Qərb üçün yeni alternativlər

Hər halda tədricən olmuş olsa da, İranın enerji sektorunun bərpa edilməsi, enerji resursları vasitəsilə Avropaya təsir imkanlarını saxlamaq istəyən Rusiyanın vəziyyətini bir qədər mürəkkəbləşdirəcək. Hazırda Rusiya Avropanın təbii qaza olan ehtiyacının 29%-ni, neftə olan ehtiyacının isə 37%-ni ödəyir. Yaxın beş ildə ABŞ-ın Avropaya göndərməyi planlaşdırdığı əlavə 50 milyard kub metrlik sıxılmış qazın başa gəlmə və çatdırılma məsrəfi ilə Rusiya qazının məsrəfini müqayisə etmək olmaz. Rusiya qazı daha ucuz başa gəlir. Ancaq siyasi maraqlar naminə, hətta belə bir halda da ABŞ Avropaya öz enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə alternativ imkanlar yaratmaq fikrindədir. Elə buna görə də, onlar Avropaya daha çox qaz nəql etməyi planlaşdırırlar. Artıq Baltik ölkələri bu istiqamətdə iş aparırlar və bu məsələdə əsas aparıcı rolu Litva həyata keçirir. Litva sıxılmış qazın regiona paylanılması üçün qovşaq rolunu oynayaraq. Baltik ölkələri Rusiyadan qaz asılığını azaltmaq və sonrakı mərhələlərdə isə tamailə kəsmək istəyir. Bu il Polşa sıxılmış qaz idxalı üçün öz terminalını istifadəyə verəcək.

Rusiya üçün vəziyyət Avropanın cənubunda da mürəkkəb və həyəcanlıdır. Türkiyə tərəfindən sıxılmış qaz daşıyan tankerlərin Bosfor boğazından keçməsinə qadağa qoyulmasından sonra, Qara dəniz sahillərində sıxılmış qazın ixracı üçün nəzərdə tutulan terminalı tikməsi, faktiki baxımdan heç bir əhəmiyyət daşımır. Amma Avropada iqtisadi baxımdan daha cazibədar alternativ layihələr – bütün Cənub-Şərqi Avropanı əhatə edəcək “Trans sərhəd” kəmərinin çəkilişinə hazırlıq gedir. Düzdür, nəzərdə tutulan bu plan Rusiyanın Avropaya gedən enerji daşıyıcıları üzərindəki nəzarətini tam şəkildə zəiflətməsə də, ancaq hər halda qiymətqoyma məsələsini siyasiləşdirmək istəyən Moskvanı bundan məhrum edəcək. Çünki müqavilədəki qiymətlər Rusiyaya, Şərqi Avropa qonşularını cəzalandırmağa və mükafatlandırmağa imkan verir. Lakin indi Brüssel Avropa Birliyi ölkələri tərfindən bağlanan müqavilələri diqqətlə izləməyə başlayıb.

Azərbaycan “Şahdəniz-2” yatağından çıxarılan təbii qazı Avropaya çatdırmaqla, mövqeyini gücləndirir

“Trans sərhəd” qaz kəməri Rusiya qazına alternativ kimi Şimal dənizindəki yataqlardan və Şimali Avropada quraşdırılacaq sıxılmış qaz terminallarından qaz nəql edəcək. Rusiya, 30 milyard dollara başa gəlməsi nəzərdə tutulan və illik 63 milyard kub metr həcmində qazın Ukraynadan yan keçməklə, Qara dənizin dibi ilə Balkanlara, oradan isə Mərkəzi Avropa ölkələrinə gedəcək nəhəng “Cənub axını” vasitəsilə Cənubi Avropanı qarmaqda saxlaya biləcəyinə ümid bəsləyirdi. Amma neftin qiymətinin aşağı düşməsi və öz növbəsində də Avropanın əlavə qaz kəməri tikilməsinə həvəssiz yanaşması nəticəsində bu layihədən vaz keçildi.

Bununla yanaşı Rusiyanın ehtiyat planı da var. Qara dənizin dibi ilə gedən “Türk axını”nı Rusiyanın "TransAdriatik" və “Trans Anadolu” qaz kəmərlərinə qoşması mümkündür.

Lakin bu planın özündə də həll edilməmiş xeyli problemlər mövcuddur. Çünki Rusiyadan Türkiyəyə qədər uzanacaq qaz kəmərini maliyyələşdirmək lazımdır. İndiki mürəkkəb geosiyasi şəraitdə və enerji resurslarının qiymətinin aşağı düşdüyü bir vaxtda, özəl sərmayə quruluşlarının tapılmasına ehtiyac yaranıb. Bundan başqa, avropalıların “Türk axını” vasitəsilə əlavə həcmdə rus qazını almaq istəyəcəklərinin isə heç bir ciddi əsası yoxdur. Həm də vaxtilə Rusiyadan Şərqi Avropaya çəkilmiş qaz kəməri normal fəaliyyət göstərir. Karbohidratların satışından gələn gəlirlərin azaldığı bir zamanda, Rusiyanın bu kəmər vasitəsilə qaz nəql etməkdən başqa, digər çıxış yolu da yoxdur.

Qiymətlərin köməyi ilə Rusiyanın Avropa ölkələrinə təzyiq göstərmək imkanları perspektivdə nəinki zəifləyəcək, hətta ümumi nəticədə onun enerji resurslarının çatdırılmasındakı təsiri də azalacaq. İndi Azərbaycan “Şahdəniz-2” yatağından çıxarılan təbii qazı Rusiyadan yan keçərək Avropaya çatdırmaqla, mövqeyini gücləndirir və həm də cənub dəhlizinə çevrilir. Rusiyanın müdaxiləsindən pis qorunmasına baxmayaraq, Türkmənistan, Xəzər dənizinin dibi ilə çəkilib Avropaya gedəcək qaz kəmərinin inşası üçün xarici sərmayəçilərin bu işə cəlb edilməsinə daha çox hazır olduğunu göstərir. Aparılan danışıqların real nəticə verəcəyi, Türkmənistan hakimiyyətinin Moskvaya qarşı necə duruş gətirməsindən asılıdır. Amma Qərb ölkələrinin Aşxabadın razılığını əldə etmək cəhdləri hələlik xeyli uzanır. Hazırda reabilitasiyaya uğrayan İran, cənub dəhlizinə qoşulmağa hazır ola biləcək namizəd ölkədir.

Rusiyanın Yaxın Şərqdəki təsir imkanları zəifləyəcək

Rusiya əvvəlki kimi yenədə Suriya hökumətinə yardım göstərir. Digər tərəfdən Moskva silah müqavilələrinin köməyi ilə bu region ölkələrindən iqtisadi və siyasi çıxar əldə etmək niyyətindədir. Lakin bütün bunlara baxmayaraq, Suriya hökumətinin yıxılması Vaşinqtonun planlarına daxil deyil. Misir kimi ölkələr isə hər necə olsa da, ümumi yekunda ABŞ-la münasibətlər qurmağa daha çox üstünlük verəcək.

Ancaq Rusiyanın Yaxın Şərqdəki imkanlar diapozonunun daralması, ABŞ-ın narahatçılığının azalması mənasına gəlmir. Çünki Vaşinqton ilə Moskva arasındakı qarşıdurma hələ də davam edir.

Vaqif Nəsibov

AzPolitia.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar