Abbas Abbasov niyə belə sevindi?

“O, güləşin Olimpiya oyunlarına qatılması üçün bütün mümkün olan və olmayan hər şeyi etdi”

“Azerros” Milli-Mədəni Muxtariyyətı güləşin yenidən olimpiya oyunlarına qayıtması ilə bağlı bütün “güləşsevərləri” təbrik edib. “Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən növbəti sessiyada Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin səsləri hesablandıqdan sonra Komitə sədri Jak Roqqe 96 mümkün səsdən 49-unu toplayaraq güləşin qalib gəldiyini elan edib.

Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının, habelə “Azerros” Milli-Mədəni Muxtariyyətinin rəhbəri Abbas Abbasov da Beynəlxalq Olimpiya Komitəsinin keçirdiyi səsvermədə fəal iştirak edən şəxslərdəndir: “O, güləşin Olimpiya oyunlarına qatılması üçün bütün mümkün olan və olmayan hər şeyi etdi”.

Xatırladaq ki, Abbas Abbasov avqustun 5-də Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyasında iştirak etmək Argentinanın paytaxtı Buenos-Ayresə yola düşmüşdü. O, güləşin Olimpiadada “daimi üzvlük” qazanmasına nail olmaq məqsədilə yola düşdüyünü açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar