RAMİZ MEHDİYEV 4 AYDAN SONRA RƏSMİ TƏDBİRDƏ - Video, Foto

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 4 aylıq fasilədən sonra ilk dəfə rəsmi tədbirə qatılıb. Belə ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında PA rəhbəri də iştirak edib. Bunu iclasın görüntülərini əks etdirən foto və videolardan görmək olur. 

AzPolitika.info bir qədər əvvəl məlumat vermişdi ki, PA rəhbərinin 4 aydan artıq işə çıxmaması onun ehtiyatsızlıqdan ayağını sındırması ilə bağlı olub. Akademik mart ayının ortalarından ara-sıra işə çıxmağa başlamışdı.

Bu il aprelin 17-də Ramiz Mehdiyevin 77 yaşı tamam olacaq. O, 1994-cü ildən Prezident Administrasiyasında işləyir.

Rasim ƏLİYEV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar