POLİS GENERALI ÖZ OĞLUNU HƏBS ETDİ! - Azərbaycanda ŞOK hadisə - FOTOLAR

Aprelin 10-da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev öz oğlu Tamerlan Əsədullayevi həbs etdirərək istintaq orqanlarına təhvil verib. Bu sensasiyalı məlumatı strateq.az saytı yayıb.

[caption id="attachment_109558" align="alignleft" width="300"]

Şərif Əsədullayev[/caption]

Hadisə barədə ilkin olaraq o məlumdur ki, generaloğlu Tamerlan Əsədullayevin Bakıdakı restoranlardan birində dava saldığını, bir nəfəri döydüyünü və sonra da qaçıb gizləndiyini eşidib. Dərhal oğlunu tapdıran və sonra da, necə lazımdırsa, tənbeh edən Əsədullayev bu özbaşınalığa göz yummayaraq, oğlunu öz əlləri ilə gətirib polisə təhvil verib və israrla da həbs olunmasını istəyib! Verilən məlumata görə, artıq məhkəmə qərarı ilə Tamerlan Əsədullayevin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib...

Qeyd edək ki, bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyil. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünüə görə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, may ayının 5-i, gecə saat 04:00-da Qış parkının yaxınlığında sərxoş olan Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onlara əl-qol ataraq ordan uzaqlaşıb.

[caption id="attachment_109466" align="aligncenter" width="539"]

Tamerlan Əsədullayev (sağda)[/caption]

Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar.

Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə, döyməyə başlayıb.

Mətbuat yazmışdı ki, bu zaman döyülən polislərdən biri ağır xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başladılsa da iki gün sonra dayandırılıb.

Belə görünür ki, generalın oğlunun növbəti dəfə bir nəfərin bıçaqlanması ilə müşayiət olunan davaya qarışması onun atasını boğaza yığıb və Əsədullayev oğlunu həbs etdirməkdən başqa yol görməyib.

İnsidentlə bağlı virtualaz.org saytı DİN-in mətbuat xidmətindən və Yasamal RPİ 26-cı polis bölməsindən şərh ala bilməyib. Hüquq-mühafizə orqanlarındakı mənbələrin isə  bildirib ki, ə generalın oğlunu adı xuliqanlıq əməlində keçir və faktla bağlı araşdırma başladılıb, dava iştirakçıları saxlanılıb və onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilib.

Xatırladaq ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar