POLŞANIN NÜVƏ BOMBASI: ƏFSANƏ VƏ REALLIQ - "Putin iki paytaxta zərbə endirəcək"

"Putin növbəti addım atacaq. O, Avropanın iki paytaxtına doğru nüvə zərbəsi endirəcək. Bu şəhərlər isə Paris və London olmayacaq"

Rusiyanın Avropaya birbaşa təcavüzü nə qədər az ehtimal olunsa da, bu ssenarini tamamilə istisna hal kimi qəbul etmək düzğün deyil. Beləki, 2013-cü ildə Rusiya və Belarusun birlikdə həyata keçirdikləri “Qərb” kod adlı hərbi təlimlərində, Baltik ölkələrinə və Polşaya olunacaq hücum ssenarisi üzərində məşq edilib (Əməliyyatın gedişində Varşavaya necə nüvə zərbəsi vurulmsı üzərində də təlimlər aparılıb).

Bu yaxınlarda strateji nüvə müharibələri üzrə ekspert Andrey Piontkovski də Rusiyanın nüvə ssenarisi barəsində yazmışdı. Onun düşüncəsinə görə, Rusiya qoşunları ilk öncə Estoniyaya hücum edəcək. Əgər NATO təxirəsalınmaz cavab tədbirləri görməsə, onda bu böhran Moskvanın effektli blişkriqi ilə yekunlaşacaq. Piontkovski bildirir ki, əgər NATO effektiv reaksiya göstərmək qabiliyyətini nümayiş etdirərsə və öz ordularını münaqişə regionuna yollayarsa, onda Putin növbəti addım atacaq. O, Avropanın iki paytaxtına doğru nüvə zərbəsi endirəcək. Bu şəhərlər isə Paris və London olmayacaq.

Qərb liderlərinin qorxaqlıqlarına əmin olan Putin, belə hesab edir ki, NATO əks zərbə vurmağa cürət etməyəcək. Çünki əks təqdirdə Rusiyanın intiqamı amansız olacaq və bu Avropanın, Rusiyanın, ABŞ-ın məhv edilməsi ilə nəticələnə bilər. Və beləliklə də iki Avropa paytaxtına zərbə endiriləcəyinə görə cəza almayacağına tam əmin olan Putin, ABŞ-ı təxribata çəkıb, bir alyans kimi NATO-nu dağıdacaq. Əlbəttə ki, bu qaranlıq ssenari, ən az ehtimal olunandır, lakin bütün bunlara baxmayaraq, əgər belə bir variant Rusiya tərəfindən gözdən keçirilirsə, demək onda həm Qərb, həm də Polşa bunları mütləq diqqətlə nəzərə almalıdır. Hətta, əgər söylənənlər öz rəqiblərini qorxutmaq məqsədi ilə dezinformasiya kimi yayılsa da belə, hər halda ümumi vəziyyətin kəskinləşə biləcəyi unudulmamalıdır.

ZƏİFLİK DOKTRİNASI

Polşa öz təhlükəsizlik bazasını təkcə xarici dövlətlərin təminatı altında qura bilməz. Lakin indiyədək belə olub. Son 25 ildə Polşa öz müdafiə potensialını xeyli ölçüdə məhdudlaşdırıb. Beləki, ordu 100 min nəfərədək azaldılıb və hazırda döyüş meydanında mübarizə aparmaq gücünə malik yalnız 20-30 min hərbçi qalıb. Digər tərəfdən isə hava hücumundan müdafiə üçün lazım olan effektiv raket sistemləri də mövcud deyil. Bu isə Kalininqrad vilayəti tərəfdən rusların atacağı raket zərbələri ilə Polşanın mühüm infrastruktur elementlərinin (körpülərin, elektrik stansiyalarının və.s) məhv edilməsinin yolunu açır. Göründüyü kimi ruslar bütün bunların hamısını, heç bir ciddi cəza almadan da həyata keçirə bilərlər. Çünki bu yaxın vaxtlaradək Polşanın müdafiə doktrinası gərəkli qoruma tədbirlərinın görülməsini nəzərdə tutmayıb. Bu isə o deməkdir ki, öz növbəsində cavab reaksiyası kimi, Polşa Rusiya ərazisini heç nə ilə hədələyə bilməz. Polşanın zəif müdafiə doktrinası, bir konsepsiya kimi, öz başlanğıcını Sakson xanədanlığı (1697-1763)dövründən götürür. Məhz başqalarına ümid etmək fəlsəfəsi nəticəsində Polşa XVIII əsrin sonlarında öz müstəqilliyindən məhrum olmuşdu. Polşa rəhbərliyi bu konsepsiyadan yalnız indi, yəni bir neçə ay bundan öncə imtina edərək, ordunun “JASSM” (Joint Air-to-Surface Standoff Missile)taktiki qanadlı raketləri ilə təchiz olunması qərarına gəlib. Polşa bu raketləri 2016-cı ildə əldə edəcək. Həmin plan çərçivəsində Polşanın orta radiuslu qanadlı raketlərlə də təchiz edilməsi nəzərdə tutulub. Bütün bunlar sayəsində Polşa ordusunun potensial aqressorun (Rusiya bu rolu oynamağa hazır kimi görünür) ərazisinə zərbələr endirməsinə imkan yaradılacaq

POLŞANIN NÜVƏ BOMBASI

Görkəmli Rusiyaşünas Vlodzinej Voyçkovski vaxtilə belə bir fikir söyləmişdi ki, Rusiya ilə müvəffəqiyyətli rəqabət aparmaq üçün, onların öz metodlarından istifadə etmək lazımdır. Beləki, əgər Kreml Polşanı nüvə silahı ilə hədələyirsə, deməli onlara, öz istifadə etdikləri üsullarla da cavab verilməlidir.

Hazırkı şəraitdə Polşanın öz nüvə silahını yaratması mümkün deyil. Bunun üçün müvafiq texnologiya və raket qurğuları gərəkdir. Həm də ki, beynəlxalq hüququn da qadağası var. NATO-nun nəzərdə tutduğu proqram çərçivəsində ABŞ, öz nüvə silahını müttəfiqlərinə ötürə bilər. Həmin xüsusi proqrama əsasən Almaniyanın ərazisində yerləşdirilmiş Amerikan hərbi bazalarındakı nüvə silahının müharibə şəraitində alman silahlı qüvvələrinə təhvil verilməsi nəzərdə tutulur. Artıq təhlükə hiss etməyən Berlin hökuməti, çox böyük həvəslə nüvə silahından yaxa qurtara bilər. Elə etmək olar ki, Polşanın “F-16” təyyarələri müəyyən modifikasıyadan sonra, nüvə bombası daşıya biləcək qabiliyyətə yiyələnsinlər. Ona görə də NATO-nun həmin xüsusi proqramı çərçivəsində, amerikan bazalarının Polşaya köçürülməsi məsələsi gözdən keçirilməlidir.

Hazırda Polşada bu məsələ ətrafında siyasətçilər yox, yalnız ekspertlər müzakirə aparırlar. İndiki mürəkkəb vəziyyətdə məhz siyasətçilərin rolu həlledici olacaq. Siyasi elita, Polşanın və eləcədə NATO-nun digər şərq cinahı ölkələrinin mövqelərini strateji baxımdan gücləndirmək üçün, Amerikanın ciddi şəkildə işlər görməsinə nail olmalıdır.

(Opet.pl-Polşa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar