VALYUTA EHTİYATLARINDA KƏSKİN "ƏRİMƏ" - “Yumşaq devalvasiya sürətlənəcək"

merkezi bank azpolitika31.03.2015-ci il tarixinə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 9 milyard 472.1 milyon dollar təşkil edib. “Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, Martda valyuta ehtiyatları 1 milyard 532,3 milyon dollar azalıb.

Fevralın 28-də Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 4.4 milyon dollar idi.

Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin iyununda 15 milyard 193.4 milyon dollara çıxmşdı. Beləliklə, son 8 ayda valyuta ehtiyatları 5 milyard 721,3 milyon dollar “əriyib”.

samir_eliyev_3"Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının mart ayında 1,5 milyard dollardan çox azalması narahatlıq doğurur." Bunu fins.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib. Onun fikrincə, fevral ayında manatın kəskin ucuzlaşdırılması AMB-yə ehtiyatlarını qorumağa demək olar ki, kömək etməyib: “Köhnə məzənnənin qüvvədə olduğu fevral ayında valyuta bazarında 1,7 milyard dollara yaxın vəsait buraxılmışdı. Mart ayında bu rəqəm təxminən 150 milyon dollar azalıb. Mərkəzi Bank 1 ayda valyuta ehtiyatlarının 14%-ni, yəni 1/7 hissəsini itirib. Belə çıxır ki, indiki məzənnə ilə AMB-nin ehtiyatları 6 aya bəs etməlidir. Vəziyyətdən çıxış yolu yalnız devalvasiyadır. Çox güman ki, kəskin devalvasiyaya gedilməyəcək. Hazırda gedən yumşaq devalvasiya prosesi sürətləndirilə bilər. Yəni, hazırda 1 ABŞ dolları bir həftəyə 1 qəpik bahalaşırsa, tezliklə biz bu tempi 3 günə 1 qəpik, 2 günə 1 qəpik formasında görə bilərik. Bu gedişlə də ilin sonuna qədər 1 dollar azı 1,2 manata bərabər ola bilər”.

Qeyd edək ki, valyuta ehtiyatlarının azalması Mərkəzi Bankın manatın məzənnəsin saxlamaq üçün həyata keçirdiyi valyuta müdaxilələri və ehtiyatların saxlanıldığı bir sıra valyutaların dollar qarşısında dəyərdən düşməsilə bağlıdır.

Rəsmi valyuta ehtiyatları:

Tarix mln. ABŞ dolları
31.03.2015 9472.1
28.02.2015 11004.4
31.01.2015 12680.8
31.12.2014 13758.3
30.11.2014 14996.3
31.10.2014 15033.6
30.09.2014 15042.4
31.08.2014 15190.9
31.07.2014 15193.4
30.06.2014 15163.2
31.05.2014 15091.3
30.04.2014 14871.1
31.03.2014 14715.7
28.02.2014 14444.8
31.01.2014 14219.3

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar