VATİKAN: FAŞİSTİN YARATDIĞI CIRTDAN - Roma Papası da «cırtdan»nın rəmzi!

Azərbaycan xalqının bir folklor nümunəsi - tapmacası var. Dilmizdə belə səslənir: «Bir balaca boyu var - dam dolusu toyu var...». İndi bu Vatikan deyilən cırtdan da belədir - özü cılız olsa da, dünya ilə bir intriqası var. Yəni ki, Vatikan mövcud sivilizasiyanın intriqa mərkəzidir. Bu, aptıq dünyanın bütün cəmiyyətləri tərəfindən qəbul olunmuş FAKTdır. Əmin olmaq üçün Vatikanın yaranma tarixçəsinə ötəri bir nəzər salmaq kifayətdir.

Tarixə qısa ekskurs göstərir ki, Papanın rəhbərliyi altında katolik kilsəsi hər zaman proqressiv düşüncənin düşməni olub. Utopik sosializmin banilərindən olan Tommazo Kampanella monarxların təqibindən yaxa qurtara bilmədiyi səbəbindən, on illərlə zindanda cürüməli olub. Dünyanın bir nömrəli kommunisti və utopisti Jan Melenin (18-ci əsr) katolik ilahiyyatçıları tərəfindən intihara məcur edilməsini necə unutmaq olar? Hələ Cordano Brunonun tonqalda yandırılmasını, böyük alim Qalileyin təqiblərə məruz qoyulmasını demirəm...

Tarixdən məlumdur ki, Harribaldi üsyanı nəticəsində hakimiyyətdən salınmış Papa bir də 1929-cu ildə «üzə çıxıb». O zaman faşizmin banisi İtaliyalı diktator Mussolini Romanın bir hissəsini ayıraraq, Papaya bağışlayıb və adını da «Vatikan dövləti» qoyub. Vatikan aldı cırtdan - mütləq monarxiya belə yaranıb. Yəni ki, Romanın o zamankı papası dünyanın bir nömrəli faşisti ilə əlbir-ortaq olub. Romanın indiki papası Fransiski isə bir neçə gün bundan əvvəl faşizmi bəşəriyyətə qarşı cinayətlərin törədilməsində suçlayıb!

Əcəba, bu nədir? Vatikanın mahiyyəti dəyişib, yoxsa Roma papası Fran-(sisk)i başçılıq etdiyi dövlətə dönük çıxıb? Nədən ki, Romanın indiki papası faşizmi böyük cinayətlərdə ittiham etməklə, əslində, Vatikanı gözaltı etmiş olur. Mənbələrin məlumatına görə, 20-ci əsrin birinci yarısında faşistlər bu cinayətlərin törədilməsi olaylarında Vatikanla əlbir olublar. Bunu sübut edən faktlardan birincisini yuxarıda qeyd etdim. Digər faktlar da var və aşağıda yeri gəldikcə, onları da xatırladacam...

PİY VƏ FRANSİSKİ

Rəsmi Vatikan, öz ünvanına yönəlmiş maliyyə fırıldaqları və Avropada faşist rejimi ilə sıx əlaqədə olması barədəki ittihamları qulaqardına vursa da, bu barədə konkret faktlar-dəlillər var.

Müharibədən sonrakı mərhələdə Roma katolik kilsəsinin qəddar hərbi cinayətkarları - nasist rəhbərlərini məhkəmədən gizlətməsi barədə yazılı mənbələr var. Bütün bunlar «Müqəddəs Səltənət»in adi davranış nümunələridir və mahiyyətindən şərtlənir. Vatikan «müqəddəs» inkvizisiyanın törətmiş olduğu qorxunc cinayətləri (bu zaman istifadə olunan ən iyrənc işgəncə üsullarının «ixtira edilməsi» faktları) də inkar edir. Riyakarlıq göz önündədir. Belədə, Romanın indiki papasının riyakarlığına təəccüblənməyə dəyərmi?

«Erməni soyqırımı» uydurması barədə Romanın indiki papasının (Fransiskinin) bu günlərdə səsləndirdiyi bəyanatla bağlı KİV-in yaydığı bir məlumat diqqəti çəkir. Məlumatda deyilir ki, «erməni soyqırımı» kəlməsini dilə gətirməyin müqabilində Romanın indiki papasına bir neçə milyard dollar rüşvət verilib! O da bildirilir ki, Fransiski əvvəlcə rüşvətlə razılaşmasa da, sonradan Vatikanın maliyyə problemləri içərisində «boğulduğu»nu nəzərə alıb, para qarşısında duruş gətirə bilməyib. Məhz bunun sayəsində, Türkiyədə olarkən «bizim birgə düşünmədiyimiz bir məsələ yoxdur» deyən həmin o Fransiski, Müqəddəs Pyotr sarayındakı ayin zamanı «erməni soyqırımı»ndan danışıb, Osmanlını (Türkiyəni) olmamış «cinayət»də suçlayıb.

Roma papasının rüşvət alması yeni bir şey deyil. Çünki Vatikan dövlətinin yaranışı özü elə rüşvət üzərində baş tutub. Yuxarıda Mussolini-Papa (Vatikan) əlaqələrindən söhbət açdım. Mənbələrin məlumatına görə, 1929-cu ildə Roma Papası 11-ci Piy faşist diktator Mussolini ilə Lateran razılaşmasını imzalayıb və ona siyasi dəstək və etibarlı gələcəyin təmin olunması məsələsində katolik kilsəsinin nüfuzundan istifadə olunacağı vədini verib. Bunun qarşılığında isə Vatikan kilsəsi 90 milyon ABŞ dolları «bığ yağı» (RÜŞVƏT!) alıb! Göründüyü kimi, Romanın o vaxtkı papası Piy rüşvəti milyonlarla alıb, Fransiski isə milyardlarla alır...

VATİKAN VƏ HİTLER

Hitler də zamanında Vatikanın dəstəyini axtarıb və onu alıb. İlkin mərhələdə Almaniya katolikləri Hitlerin əleyhinə olublar. Bu səbəbdən də o, hakimiyyətə gəlmək üçün katoliklərin dəstəyi olmadan lazımi qədər səs toplaya bilmirdi. Hitleri potensial qiymətli müttəfiq qismində qəbul edən Vatikan alman katoliklərinə təzyiq göstərməklə, ölkədə faşistlərin (nasional-sosialistlərin) yetərli sayda səs toplamasına şərait yaradıb. Nəticədə, Hitler Almaniyanın kansleri postuna seçilib.

Bu xidmətin müqabilində 1933-cü ildə Hitler Vatikanla «konkordat» adlanan sənədi imzalayıb. Bu sənəd Kilsəni bəzi qanunlardan azad etməyi, dövlət maliyyə dəstəyini və milyardlarla dollar «pul mükafatı»nı nəzərdə tuturdu.

Vatikanla əməkdaşlıq barədə Adolf Hitlerin özü 22 iyul 1933-cü ildə nasist partiyasına ünvanlı məktubunda belə yazıb: «Vatikanın yeni Almaniya ilə müqavilə bağlaması faktı o deməkdir ki, katolik kilsəsi nasional-sosialist dövlətini tanıyır. İmzalanmış müqavilə bütün dünyaya açıq və birmənalı şəkildə göstərir ki, «nasional-sosializm dinə düşməndir» kimi iddialar yalandan başqa bir şey deyil...»

Mənbənin məlumatına görə, Romanın o vaxtkı papası Piy ölüm ayağıda ikən, həkimlərə yalvarıb ki, onun ömrünü ikicə gün də uzatsınlar və o, Hitlerlə Mussolininin əleyhinə bəyanatla çıxış edə bilsin (mütərəqqi fikirli alman katoliklərinin təzyiqi altında). Amma papa şübhəli şəkildə dünyasını dəyişib və 1939-cu il martın 2-də Vatikan adından Hitlerlə məlum razılaşmanı imzalamış Eudjeniyo Paçelli Romanın növbəti papası seçilib...

Mütəxəssislərin fikrincə, Vatikanın faşistlərə göstərdiyi dəstək İkinci Dünya Müharibəsinin birbaşa və başlıca səbəbi olub. Bu dəstək və kömək olmasaydı Mussolini və Hitler sadəcə, hakimiyyətə gələ bilməzdilər. Bu təqdirdə isə müharibə başlamazdı və milyonlarla insanın həyatı xilas edilərdi. Odur ki, müəyyən mənada, İkinci Dünya Müharibəsinin baş cinayətkarı Hitler yox, papa 12-ci Piy (Fransiskinin sələfi) sayılmalıdır.

Müharibənin sonunda da Vatikan faşistlərə yardım göstərməkdə davam edib. Məsələn, məlumatlara görə, Vatikan ən qəddar faşist hərbi cinayətkarların gizli şəkildə Cənubi Amerikaya «ötürülməsini» təşkil edib. Onların sırasında faşist həkim-cəlladı, milyonlarla hərbi əsiri özünün iyrənc təcrübələrinə qurban etmiş məşhur Jozef Menqele də olub...

İndi isə Roma papası Fransiski dünyaya mənəviyyat dərsi keçmək fikrinə düşüb. Necə tühaf reallıq!..

ÜÇÜNCÜ REYXİN QIZILI

«Arqumentı i faktı» qəzetinin 21 oktyabr 2009-cu il tarixli sayında (43) «Hitler qızılının sirri. Külçələri mafiya ilə birlikdə Vatikan gizlədib» başlıqlı məqalə dərc olunub. Məqalə qəzetin apardığı müstəqil araşdırmaların nəticələri əsasında qələmə alınıb. Qəzet araşdırmaları ilə aşağıdakı suala cavab axtarıb: «Üçüncü Reyxin 500 milyardlıq qızıl ehtiyatı hara yoxa çıxıb?»

Araşdırmalar xeyli maraqlı mətləblərin üzərinə işıq salıb. Məsələn, «Üçüncü Reyxin» qızıl ehtiyatı deyilən və işğal altında olan ölkələdən qarət edilmiş min tonlarla qızıl külçənin Avropadan İtaliya-İspaniyaya (sonra isə Cənubi Amerikaya) daşınması prosesində iştirak etmiş şahidlərin xatırlamalarından məlum olur ki, külçələr məhz Vatikanın bilavasitə iştirakı ilə Almaniyadan gizli şəkildə çıxarılıb. Sonradan isə İtaliya mafiyasının (kamorro) köməyi ilə İspaniyaya ötürülüb. Bu xidmətətinə görə, kamorroya 5 milyon dollar vəd olunub. Araşdırmaçı-tarixçi Herhard Zaunerə istinad edən qəzet yazır ki, Almaniyanın kapitulyasiyasından sonra nasist qızılının «transferi»ni Avstriyanın Papa səltənədindəki nümayəndəsi Aloiz Xudal kurasiya edib...

Bunun müqabilində Papa səltənətinin nə qədər qazandığı barədə dəqiq məlumat yoxdur. Amma dolayı məlumatlar var. Bu mövzuda Britaniyalı jurnalistlərin araşdırmaları maraqlı faktlar üzə çıxardıb.

"The Guardian" qəzeti (Britaniya) özünün müsətəqil araşdırmasının nəticələrini dərc edib (22 yanvar 2013-cü il). Məqalədə deyilir ki, vaxtilə Benito Mussolinin verdiyi pullar hesabına Vatikan Avropada nəhəng daşınmaz əmlak imperiyası yaradıb. Təkcə Mussolininin pulları iləmi? Bəs, Hitlerin verdiyi milyardlar, Üçüncü Reyxin «yoxa çıxmış» qızıl külçələri?

Bütün bunlardan sonra Roma papasından ləyaqət və obyektivlik ummaq nə qədər düzgün olardı? Dünyanın intriqa yuvasında oturub da ilahiyyətlə məşğul olmaq bir araya sığmaz. Necə deyərlər, ləbbadəyə (Vatikanda buna «sutana» deyirlər) bürünməklə, iblis müqəddəs olmaz!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar