DÜNYA NİZAMINA QARŞI İKİTƏRƏFLİ MEYDAN OXUMA - "Çin arzusu" və "Rus dünyası"

"Hazırda Qərbin, ”Çin arzusu" və ”Rus dünyası”na qarşı mükəmməl starategiyası yoxdur"

Böyüklər dəstəsi - şübhəsiz ki, Qərb klubudur və bu klubun başında isə digər ölkələrə nisbətən daha güclü olan ABŞ dayanır. Amerikanın ətrafına toplanan dövlətlər üçün onun qanadları altında qalmaq sərf edir. Onların içərisindən bəziləri öz qrupunu yaradaraq, hətta ABŞ-a bənzər güc kimi də təşəkkül tapmaq istəyir. Əlbəttə ki, bu sözlər ilk növbədə Avropa Birliyinə aiddir. Böyüklər dəstəsində hal-hazırda bir–birlərindən faydalanmaq atmosferi hökm sürür. Onlar arasında fikir ayrılıqları mövcud olsa da, bu fikir ayrılıqları heç zaman uzanmır.

Qərb klubunun üzvləri, öz aralarında mehribanlıqla razılaşdırılan mövcud qaydaların daima işlək halda qalmasına çalışırlar. Lakin indi iki dövlət böyüklər klubuna qarşı çıxmaq qərarına gəlib. Rusiya və Çin özünəməxsus tərzdə dünya nizamına qarşı meydan oxumağa girişərək, inkişaf etməkdə olan dövlət statusundan, inkişaf etmiş böyük dövlət statusuna keçməyə cəhd göstərirlər. Hələlik nə edəcəyini bilməyən Qərb klubu onlara qarşı yonəlmiş ikiqat meydan oxumanın önünə necə çıxacaqlarını tam şəkildə müəyyənləşdirməyib. Bir alman məmurunun söylədiyi kimi, Qərb klubuna qarşı uduzan tərəf kimi Rusiya, qalib tərəf kimi isə Çin meydan oxumağa başlayıb.

RUS DÜNYASI

Soyuq müharibəni uduzmuş ölkənin ”rus dünyası” ideyası ilə Qərbə qarşı gəlməsi maraq doğurur. 2012-ci ildə özünün üçüncü seçkisindən sonra Vladimir Putin Rusiyanın təsir sferasının bərpa olunması strategiyasının reallaşması ilə məşğul olmağa start verib. Mərkəzi Avropa dövlətlərinin 1989-cu ildən azadlığa qovuşması, Almaniyanın birləşməsi və 1991-ci ildə SSRİ-nin dağılması ilə başa çatan soyuq müharibədən sonra yaranmış yeni dünya qaydaları Rusiyanın təsir imkanlarını məhdudlaşdırıb. Qəbul olunmuş dünya nizamı çərçivəsində Qərbin iyirmi ildən sonra yenidən hərəkətə keçmək istədiyi zaman, Putin çox uca səslə bildirdi ki, artıq bəsdir! O daha bir ölkənin –Ukraynanın Qərb düşərgəsinə keçməsini həzm etməyəcəyini açıq şəkildə nümayiş etdirdi. Putin Ukraynanı "rus dünyası"nın bir parçası sayır. Elə buna görə də, Rusiya bu ölkənin bir hissəsini ilhaq etməklə yanaşı, digər bir parçasını isə faktiki olaraq, qoparıb.

Karneqi Mərkəzinin Moskva nümayəndəsi Dmitri Trenin söylədiyi kimi, Rusiya artıq soyuq müharibədən sonra təşəkkül tapmış sistemlə razılaşmayaraq, həmin sistemlə olan bütün bağlarını qoparmaq qərarına gəlib. Vladimir Putinin təşəbbüsü ilə Rusiya dünya nizamının Avropa əsasını şübhə altına almağa cəhd göstərir. Həm də ki, Rusiya bütün bunların hamısını sərhədləri güc yolu ilə dəyişdirməklə həyata keçirir.

Rusiyadan fərqli olaraq, Çin məsələnin həllinə tam başqa istiqamətdən yanaşır. Çinin də strategiyası öz gücünün möhkəmləndirilməsinə yönəlib. Əgər Moskva, öz mövqeyinin möhkəmləndirliməsinə geosiyasi prizmadan baxırsa, Pekin əsas etibarilə özünün iqtisadi imkanlarına söykənməyə üstünlük verir. İlk baxışda Çinin strategiyası dünya nizamının mövcud vəziyyətini sarsıtmır və hətta əksinə, çinlilərin inteqrasiya prosesinə hazır olduqlarını göstərir. Ancaq əsas məsələ ondan ibarətdir ki, Çin iqtisadi çəkisinə müvaffiq olaraq özünə qarşı diqqət tələb edir. Məlumdur ki, Çinin iqtisadi imkanları artır. Məntiqlə yanaşsaq, Çin varlandıqca təsir imkanları da çoxalır və beləliklə də ətrafdakıların onunla hesablaşmasını istəyir.

ÇİNİN ARZUSU

Si Çzinpin ”Çin dünyası” haqqında yox, ”Çin arzusu” haqqında danışır. İqtisadi baxımdan ABŞ və Avropa ilə müqayisəyə gəlməyən zəif Rusiyadan fərqli olaraq, Çin ABŞ-ın iqtisadi liderliyinə qarşı meydan oxuyur. ”Çin arzusu” şüarı özündə böyük hərbi qüvvə formalaşdırmaq və ətraf dənizlərə açılmaq ideyası daşıdığına görə, digər Asiya ölkələrini bərk narahat edir. Ona görə də, Qərb klubu böyük pul kisəsinə malik və özünün əsl simasını təbəssüm altında gizlətməyə çalışan, bu yeni oyunçuya ehtiyatla yanaşır.

Bəs Çin nə edir? Pekin, 1944-cü ildəki Breton Vuds razılaşmasının təməli əsasında, İkinci Dünya Müharibəsindən sonra formalaşan dünya nizamını şübhə altında qoymağa çalışır. Beləki, öz iqtisadi çəkisinə müvafiq olaraq, Çinə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarında yer ayrılmadığı üçün, o bu sahə üzrə öz strukturunu yaratmağa başlayıb. Yeni yaranan Asiya İnfrastruktur və İnvestisiyalar Bankının qapıları digər ölkələrin də üzünə açıq olacaq. Qərb klubu bu ölkələri avtokratik rejimlər tərəfindən onlara yönələn münasibətə qarşı müxtəlif reaksiyalar verirlər. Bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq, Rusiya məsələsində Qərb yekdillik nümayiş etdirir. Lakin onların Çinə qarşı olan münasibətində isə tam qarmaqarışıqlıq hökm sürür. Vaşinqtonun müttəfiqləri, onun istəyinin əksinə olaraq, Çin bankına tərəf üz tuturlar. Çünki Asiyanın inkişaf potensialı onları özünə tərəf çəkir. İndi kənarda dayanan ABŞ, məğlubiyyət hissi keçirir. Çinin ustalıqla nümayiş etdirdiyi gediş bir daha göstərir ki, hazırda Qərbin, ”Çin arzusu" və ”Rus dünyası”na qarşı mükəmməl starategiyası yoxdur.

(Le Monde-Fransa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar