ZİYA MƏMMƏDOVUN 200 MİLYONLUQ YENİ BİZNESİ - Şəriki Arif Əsgərovdur

“Tovuzlu Nəsrəddin” sadə biznesmendən böyük iş adamına necə çevrildi?

Ziya Məmmədovla onun müavini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq rəisi Arif Əsgərovun 200 milyon manatlıq yatırımları haqda bilgilər ortaya çıxıb. “Yeni Müsavat” qəzeti mötəbər qaynaqlara əsasən məlumat verir ki, Azərbaycan dövlətində yüksək vəzifə tutan və maaşları üst-üstə 5 min manat da etməyən bu məmurlar Rusiyanın Stavropol vilayətinə 200 milyon manat həcmində yatırım qoyublar. Mənbə deyir: “Proses bir neçə ildir ki, başlayıb. Azərbaycandan taladıqları pulların hesabına 1000 hektarlarla ərazi alıb, oraya taxıl əkdirən ikili son məhsulu baha qiymətə Azərbaycana, bir hissəsini isə İrana satdırır və bu sahədə monopoliyaya nəzarəti həyata keçirirlər. İndi onlar ”parnik" biznesinə də keçiblər. Stavropol vilayətində ucsuz-bucaqsız “parnik”lər azərbaycanlı oliqarxlara məxsusdur. Avropa sanksiyalarından sonra kənd təsərrüfatı mallarının istehsalı aktuallaşdığı üçün Rusiya daxilindəki və xaricindəki iş adamları bu sektora yatırım qoymağa həvəsləniblər".

Qəzetin qaynağı iddia edir ki, ikilinin kənd təsərrüfatı biznesinin üzərində nəzarəti isə Arif Əsgərovun yaxın adamı, Tovuzlu Nəsrəddin kimi tanınan şəxs həyata keçirir: “Nəsrəddin uzun müddət həmin vilayətdə yaşayıb və öz zəhməti ilə dolanan sadə tacir olub, kənd təsərrüfatı malları ilə ticarət həyata keçirib. Lakin o, qəfildən zəngin bir iş adamına çevrildi. Bunun da səbəbi Bakıdakı iki oliqarxın Azərbaycandan çıxartdıqları pulları Stavropol əyalətində onun vasitəsi ilə işə cəlb etməsi olub. Ziya Məmmədovun ən yaxını hesab olunan Arif Əsgərov Nəsrəddin vasitəsilə işini qurmaq qərarı verəndən tacirin həyatı dəyişdi. İndi o, minlərlə hektar əkin-biçinə, iki oliqarxın kurort şəhərlərindəki tikinti işlərinə, yenicə tətbiq etdikləri ”parnik" biznesinə nəzarəti həyata keçirir".

O da qeyd edilir ki, Ziya Məmmədov və Arif Əsgərovun Azərbaycanda, Türkiyədə, İngiltərədə, Çexiyada və bir sıra başqa ölkələrdə ortaq biznesləri var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar