Türkiyədəki hadisələrin arxasından ABŞ çıxır- Ərdoğan hədələdi- YENİLƏNİB

"Bu dəzgahın içi-çölü bir-birinə qarışıb, kökü dışdadır"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Ordu vilayətinin Fatsa rayonunda xalqın qarşısında çıxış edərkən ölkəsində baş verən qalmaqallı olaylara da toxunub.

Ərdoğan deyib: "Bu gün bura millətimlə dərdləşməyə gəlmişəm. Bu qardaşınız böyük şəhər bələdiyyə başçılığına seçildi. O zamanlar kimsə seçiləcəyimə inanmırdı. Amma bilmirdilər ən böyük güc haqqdır , ən böyük haqq millətdir. Bələdiyyə başçısı seçildim, komalara girdilər".

Baş nazir müxalifət partiyalarını suçlamaq ənənəsinə sadiq qalıb: "CHP çirklilik deməkdir, susuzluq deməkdir, zibil dağları deməkdir. Biz İstanbulu tərtəmiz etdik. Nə edəcəklərini şaşırdılar, ilk gündən bəri bizə hücum başladılar. Bu qardaşınızı yıpratmaq istədilər, manşetleriyle , oyunlarıyla gəldilər. Allahın izni ilə, alınımızın açıq olaraq vəzifəmizi gördük".

Ərdoğan ona və partiyasına qarşı olanlarla səslənib: "Buradan sərmayə ətraflarına səslənirəm. Boşuna oynayırsınız. Siz itirərsiniz, siz. Mediaya səslənirəm. Siz itirərsiniz, siz. Yalanlarla böhtanlarla iqtidarı yıpratmağa çalışırsınız. Mənim millətim bunun əvəzini sizə ağır ödətdirər . 30 Martda hər şey ortaya çıxacaq. 2002-ci ilin noyabrında verdiyiniz səlahiyyət bu seçkidə güclənməsi bunlara çox əhəmiyyətli bir dərs olacaq. Ölkəmiz , millətimiz üçün çalışırıq. Bizim əfəndimiz millətdir.

Mediayla icra edilən bu qaralama kampaniyası yalnız AKP-yə qarşı deyil, xalqa qarşıdır. Bu dəzgahın içi-çölü bir-birinə qarışıb, kökü dışdadır. Bu dəzgahda maşa olaraq istifadə edilirlər. Dövlət içinə sızmış dövlətə paralel olmaq istəyənlər var. Etibar sui-qəsdi etməyə çalışırlar. Belə xaincə, hüquq xarici bir hücuma bu günə qədər heç məruz qalmamışdıq. Gəzi parkı olaylarında bunu sınadılar, müvəffəqiyyətli ola bilmədilər. Bu dəzgahda əxlaq yox , qayda heç yox. Bu dəzgahın içində çox çirkli bir ittifaq var. Yeni Türkiyəni həzm edə bilməyən qaranlıq ittifaqlar var".

...

Səfir Rikardo: "İmperatorluğunun çoküşünə şahid olacaqsınız"

Türkiyədə baş verən hadisələrin arxasında ABŞ-ın durduğunu iddia edən bu ölkənin mətbuatı səfir Rikardodan ölkəni tərk etməyi tələb edir.

Türkiyə mətbuatının məlumatına görə, "17dekabr əməliyyatı"ndan sonra AB təmsilçiləri ilə görüşən Rikardo deyib: "Xalq bankın İranla əlaqələrinin kəsilməyini istədik, dinləmədilər. Bir imperatörluğun çökməsinə şahid olacaqsınız".

ABŞ-ı Türkiyənin daxili işlərinə qarışmaqda ittiham edən Türkiyə mətbuatı isə Rikardonun ölkədən getməsini tələb ediblər.

Bir çox Türkiyə qəzetlərində Rikardoya xitabən "Çıx get bu ölkədən" başlıqlı yazılar manşetlərdə yer alıb.

Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xarici ölkə səfirlərini hədələyən bəyanatlar verib. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Samsundakı çıxışında bildirib ki, son günlər bəzi səfirlər təxribatçı proseslərdə iştirak edirlər: “Mən onlara səslənirəm: işinizi görün! Əgər səlahiyyət dairənizdən kənara çıxsanız, bu, hökumətlərimizin səlahiyyət sahəsində olan bir yerə qədər gedər. Biz sizi ölkəmizdə saxlamağa məcbur deyilik. Əgər sizin ölkələrinizdə də bizim səfirlərimiz belə oyunların içərisinə girirsə, bizə xəbər verin, sizin göndərməyinizə ehtiyac yoxdur, özümüz geri çağırarıq”.

ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardo isə bu gün "Star" , "Yeni Şafak" və Akşam" qəzetlərinin başlıqlarına çıxan xəbərləri təkzib edib.

Səfir adı çəkilən qəzetlərdə çıxan "korrupsiya və rüşvət əməliyyatın arxasında ABŞ var" məzmunlu iddialarına cavab verərkən deyib ki, rüşvət əməliyyatları ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur: "Xəbərlərin hamısı yalan və böhtandır. Heç kim əsassız iddialarla Türkiyə-ABŞ əlaqələrini təhlükəyə atmamalıdır".

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar