“Abbas Abbasovun adamları məni təhdid edir” - Qabil HÜSEYNLİ

“Hesab edirəm ki, Söyün Sadıqov qanuni qurultay keçirib “Azerros”un prezidenti seçilib. Azərbaycanın Rusiyadakı diasporu da Söyün Sadıqova səs verdi. Elə o təşkilatın bünövrəsini də Sadıqov qoyub. İndi də öz qurumunun rəhbərliyinə qayıdır və burada qeyri-adi hal yoxdur. Sadəcə olaraq, vaxtilə Abbas Abbasova ağsaqqal kimi hörmət göstərib, onu Ağsaqqallar Şurasının sədri gətirib. Özü də bir şey də var ki, “Azərros”a sədrlik etmək üçün mütləq Rusiya vətəndaşı olmaq lazımdır. Abbas Abbasov isə Azərbaycan vətəndaşıdır. Onun “Azərros”la bağlı hərəkətləri mövcud qanunvericiliyə ziddir. Hesab edirəm ki, Abbasov hətta Söyün Sadıqovun da ondan üz döndərməsindən sonra sakitcə oturmalıdır. Əgər vətəni Azərbaycanı çox sevirsə, ölkəyə qayıtmalıdır. Burada oturub pensiya həyatını yaşamalıdır”.

Bunları "Azərros"-da baş verənlər və Söyün Sadıqovun yenidən bu təşkilatın rəhbərliyinə qayıtması barədə məsələni şərh edərkən politoloq Qabil Hüseynli deyib.

Politoloq hafta.az-a açıqlamasında onu da bildirib ki, Abbas Abbasov barəsində verdiyi açıqlamalara görə, onun adamları tərəfindən təhdid mesajları alır:“Bu baxımdan demək olar ki, onun barəsində verdiyim hər açıqlamadan sonra təhdidlə üzləşirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar