Qarabağda nə baş verir? (VİDEO)

Helikopteri vurulan düşmən ordu yenidən təxribatlara başlayıb

Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir.

ANS TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, əvvəlcə bütün hərbi hissə komandirlərinin və nümayəndələrinin toplantısı olub. Qondarma rejimin rəhbərliyi və Ermənistan ordusunun baş qərargah rəisi toplantıda döyüş tapşırığı taktiki gedişlərlə bağlı tapşırıqlar verib. Lakin hansı növ silah və texnikadan istifadə edildiyi barədə məlumat verilmir.

Bu arada Ermənitanın daha bir təxribata əl atması barədə məlumat yayılıb. Öz başlanğıcını Ermənistan tərəfindən götürən çaydan Tovuz rayonun Bozalqan kəndinə mərmilər axıdılıb.

Xatırladaq ki, oxşar təxribat Əlibəyli kəndində də törədilmişdi. 2011-ci ildə oyuncaq tipli mina tələnin qurulması nəticəsində 1998-ci il təvəllüdlü Aygün Şahmalıyeva dünyasını dəyişmiş, daha bir nəfər xəsarət almışdı.

Ermənistanın təxribatlarına Azərbaycanın XİN -dən münasibət açıqlanıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib ki, Azərbaycanın zəbt olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status-kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir.

ATƏT-in Minsk qrupu tərəfindən dəstəklənən böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir.

Dövlət başçısı İlham Əliyev son müşvirəsində Ermənistanın təmas xəttində törətdiyi təxribatlarla danışıqlar prosesini pozduğu söyləmişdi:

“O təlimlərin bir məqsədi var idi. Azərbaycanı təxribata çəkmək və danışıqlar prosesini pozmaq. Biz bu təxribatlara bir neçə gün dözərək ondan sonra düşmənə layiqli cavab verdik və beləliklə, onlara öz yerini göstərdik”.

Ötən ilin noyabrında Ermənistan ordusunun genişmiqyaslı hərbi təlimlər, helikopterin açıq şəkildə döyüş kursuna çıxaraq mövqelərimizə atəş açmağa cəhd etməsi nəticəsində ordumuz tərəfindən helikopter vurulmuşdu. Və bu ilin mart ayında yenidən təmas xəttində törədilən təxribat nəticəsində Ermənistan ordusunun 10-la hərbçisi məhv edilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar